Azərbaycan Dövlət Pantomim Teatrı — Bakıda fəaliyyət göstərən teatr. Azərbaycan teatr tarixində ilk pantomim teatr.

Tarixi 16 may 1994-cü ildə Azərbaycan mədəniyyət nazirinin sərəncamı ilə "Dəli yığıncağı" Pantomim Teatr-Studiyası kimi yaranmış və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərmişdir.

2000-ci ildə "Dəli yığıncağı" pantomim teatr-studiyasına Dövlət statusu verilib.

Azərbaycanda Pantomim teatrının əsasını qoyan Azərbaycan Xalq Artisti Bəxtiyar Xanızadədir.

Aktyor heyəti Nargilə Qəribova, Elnur İsmayılov, Ceyhun Dadaşov, Səbinə Hacıyeva, Bəhruz Vaqifoğlu, Əli Əlizadə, Əflatun Abdullayev, Nurlan Rüstəmov, Səbirə Həsənova, Rafiz Mehdizadə, Taleh Yüzbəyov, Solmaz Bədəlova, Ləman Hüseynli, Vüsal Rzasoy, Elçin Əfəndi, Elxan Şahalıyev, Leyla Atayeva, Nuridə Musabəyli,Ramiz İsmayılov, Cavad Nuriyev, Elnur Rzayev

Tamaşaları thumb|250px|Teatrın aktyorları Bəhruz Vaqifoğlu, Əli Əlizadə və Ceyhun Dadaşov "Pantomim buketi" tamaşasında. Quruluşçu rejissor: Bəxtiyar Xanızadə "Ümid" -S. Bekket /"Bir aktyor üçün mim"/ — pantomim, "Pantomim buketi" — B. Xanızadə — pantomim, "Karol xofu" — S. Mrojek – eksperimental tamaşa, "Gəldim ki, olam ğəmin hərifi" — M. Füzuli "Leyli və Məcnun" poeması əsasında – pantomim balet, "Şəngül, Şüngül, Məngül" — M. Musabəyov – divertisment –tamaşa, "Manqurt" -Ç, Aytmatov /"Gün var əsrə bərabər" povestinin motivləri əsasında/ — pantomim, "Dulusçu" — Ü. Hacıbəyov /"Biz nə tövr iş görürük?" fleytonu əsasında/- pantomim, "Zibillik pərvanələri" — B. Xanızadə — pantomim, "Eşq" — B. Xanızadə (V. Şekspirin sonetləri əsasında plastik düşüncə), "Balaca şahzadə" — Antuan de Sent Ekzüperi –nağıl –tamaşa, "Maska" — Zaur Zeyanlov – pantomim, "Çərçivə" — Ə. Abdulayev – pantomim, "Dejavü" — S. Hacıyeva – pantomim və s.

İstinadlar

Mənbə "Milli mimçilər". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 42–43.

Xarici keçidlər

Can Azerbaycan-Pantomima Teatri Elman Rəfiyev: "Pantomima Teatrında müvəffəqiyyətsiz tamaşa yoxdur" Pantomim-də söyüş qazanan qızlar… Diqqət: şərh verilmir! — Fotoreportaj Pantomima Teatrı Gürcüstanda keçiriləcək festivalda iştirak edəcək "Последний штрих" азербайджанского театра в Грузии Азербайджанские мимы с успехом выступили в Грузии (ФОТО) Mən və Mən. Rejissor: Ceyhun Dadaşov

Kateqoriya:2000-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan mədəniyyəti Kateqoriya:Bakının görməli yerləri Kateqoriya:Bakıdakı binalar və tikililər