right|thumb|292x292px|Həştrudun Şərqi Azərbaycan ostanındakı yerləşimi Həştrud, Həştəri və ya Sərəskənd — İranın Şərqi Azərbaycan ostanının şəhərlərindən və Həştrud şəhristanının inzibati mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 18,418 nəfər və 4,493 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.

Bölgənin Azərbaycan türkcəsində istifadə olunan adı Sərəskənddir. Hazırkı rəsmi adı olan "Həştrud" isə farsca "həşt" (səkkiz) və "rud" (çay, axar su) sözlərindən ibarətdir.

İstinadlar

Kateqoriya:Şərqi Azərbaycan ostanının şəhərləri