Dağıdıcı Konan () — 1984-cü ildə istehsal olunmuş ABŞ filmi. Baş rolda Arnold Şvartsenegger iştirak edir. Filmə Universal Studios, Orion Pictures və Metro-Goldwyn-Mayer kimi film istehsal edən məşhur kompaniyalar distribütorlik etmişdir. Film Robert İrvin Hovardın "Barbar Konan" əsəri əsasında çəkilmişdir.
Məzmun
Baş verən hadisələr «Barbar Konan» hekayəsinin ardını davam etdirir. Konan və onun köməkçisi oğru olan Malek, Şadizaranın kraliçası Taramisin himayədarlığı altına keçirlər. Taramis Konanı Şahzadə Cennanı və onun cangüdəni Bombaatanı qorumaq üçün vəzifələndirir. Kraliça onları sehrli kristal və Daqotun buynuzunu axtarmaq üçün göndərir. Bunun əvəzində isə Taramis Konanın sevgilisi Valeriyanı yenidən həyata qaytaracaqdır. Lakin bu müddətdə Taramis Bombaataya, tapşırığın sonunda Konanı öldürməyi tapşırır. Yol boyu onlara zənci qadın döyüşçüsü Zula və Konanın köhnə dostu sehrbaz Akiro qoşulur.
Onlar cadugər Tot-Amonun sehrli məbədinə daxil olmaq qərarına gəlirlər. Bu qəsrdə sehrli kristal saxlanılır. Cadugər Şahzadə Cennanı oğurlayır və qəsrinə aparır. Qəhrəmanlar Şahzadəni axtararaq qəsrə çatırlar. Bu zaman Konan bədheybətə dönən Tot-Amonla mübarizə aparmağa məcbur olur. Konanın qələbəsindən sonra Şahzadə Cenna sehrli kristalı məbəddən götürür. Ardınca onlar Daqotun buynuzunun axtarışına yollanırlar.
Qəhrəmanlar yeraltında yerləşən ovsunlu mağaraya sehrli kristalın sayəsində daxil olurlar və burada Daqotun buynuzunu tapırlar. Akiro divarlarda köhnə yazıları oxuyur və onlara buynuzun köməyi ilə Daqotun dirilməsi, dünyaya ziyan verəcəyini bildirir. Lakin Konan Valeriyanı diriltmək məqsədi ilə buynuzu götürür. Bu zaman yeraltı mağaranın döyüşçüləri onlara hücum edir və qəhrəmanlar tunel vasitəsi ilə buradan qaçmağa məcbur olurlar. Bombaata ona kraliçanın verdiyi tapşırığını yerinə yetirməyə başlayır. Bombaata tuneli arxasınca dağıdaraq, qəhrəmanları özündən uzaq salmağı bacarır və Şahzadə Cenna ilə birlikdə Şadizaraya yollanır.
Artıq onları kraliça Şadizarda gözləyərək, mərasim hazırlamışdır. Daqotun dirilməsi üçün buynuz onun qarşısına qoyulmuşdur. Daqot dirilən zaman Şahzadə Cenna onun üçün qurban getməlidir. Çünki Skelos kitabında yazılanlara görə əks halda dünya məhv ola biləcək vəziyyətə gələ bilər. Bu mərasim zamanı Konan dostları ilə birlikdə saraya daxil olur. Konan Bombaata ilə döyüşür və onu məğlub edir. Bu müddətdə Daqot artıq dirilmək üzrədir və Şahzadə Cenna qurban getməlidir. Zula Şahzadə Cennanı öldürməyə çalışan kahini məğlub edir. Daqot dirilmişdir və ona qurban aparmadıqlarına görə bədheybətə dönmüşdür. Daqot kraliçanı öldürür. Konan isə Daqot ilə mübarizə aparır və onun buynuzunu çıxarmağı bacarır. Bu zaman Daqot məhv olur.
Kraliça öldüyünə görə Şadizarın kraliçası Şahzadə Cenna olur. Şahzadə Cenna Zulanı döyüşçülərinin başçısı, Maleki təlxək və Akironu məsləhətçisi təyin edir. Konana isə onunla evlənərək, Şadizarın kralı olması təklifini verir. Lakin Konan onun təklifini qəbul etmir və yeni macəralarına hazırlaşaraq, səyahətə yollanır.
Rollarda Aktyor/aktrisa Rol Qeydlər İstifadə etdiyi silah növü Arnold Şvartsenegger Konan Döyüşçü Qılınc Qreys Cons Zula Sərt döyüşçü olmasına baxmayaraq, siçovullardan qorxur Uilt Çemberlen Bombaata Şadizar mühafizəçilərinin kapitanı Mako İvamatsu Akiro Konanın dostu olan sehrbaz Treysi Volter Malek Konanın dostu olan oğru İki kiçik xəncər Sara Duqlas Kraliça Taramis Şadizarın kraliçası Oliviya D'Abo Şahzadə Cenna Şadizarın şahzadəsi Ceff Kori Böyük Vəzir Kraliça Taramisin cadugərdi Pet Roeç Tot-Amon almaz cəvahiratın sahibi olan sehrbaz Sven-Ole Torsen Toqra Şahzadə Cennnanın cangüdəni Qılınc André the Giant Daqot Yuxulu tanrı
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:ABŞ filmləri Kateqoriya:Qızıl Moruq Mükafatı qazanan filmlər Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:ABŞ-nin döyüş-macəra filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:İngilis dilində döyüş macəra filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:Cadugərlik haqqında filmlər Kateqoriya:ABŞ-nin fentezi filmləri Kateqoriya:1984-cü ilin filmləri Kateqoriya:Qəsrlər haqqında filmlər