Məzmun Tarixi-bioqrafik film böyük alim, tanınmış kimyaçı, akademik Yusif Məmmədəliyevə həsr edilmişdir.

Akademik Yusif Məmmədəliyevin bütün həyatı xalqa xidmətlə bağlı olmuşdur. Onun elmi kəşfləri Azərbaycan kimyasına şöhrət gətirmişdir. Akademikin İkinci dünya müharibəsi illərindəki kəşfləri faşizm üzərində qələbə qazanılmasında böyük rol oynamışdır. Filmdə alimin sağlığında çəkilmiş kinoxronika və fotomateriallardan istifadə olunmuşdur.

Festivallar və mükafatlar

1)1973-cü ildə Alma-Atada VI Ümumittifaq kinofestivalı Filmə həvəsləndirici Diplom verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: İsi Məlikzadə Operator: Vladimir Zbudski Səs operatoru: Şamil Kərimov

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:Yusif Məmmədəliyev haqqında filmlər Kateqoriya:1972-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Tarixi filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər