Azərbaycanda ilk prezident seçkiləri 1991-ci il sentyabrın 8-də Azərbaycan ərazisində baş tutdu. Prezident seçkiləri "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Bəyannaməsinin qəbul edilməsindən 10 gün sonra baş tutdu. seçkilərdə bir namizəd mübarizə apardı: Kommunist Partiyasının namizədi Ayaz Mütəllibov. O, səslərin 98,53 % topladı və Azərbaycan Prezidenti seçildi.

Zəmin 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Bəyannaməsi qəbul edildi.

Daha sonra Azərbaycan SSR Ali Soveti tərəfindən 1991-ci il sentyabrın 8-də Azərbaycanda prezident seçkilərinin baş tutması barədə qərar qəbul edildi.

Nəticələri Seçici fəallığının 85,70 % olduğu seçkidə Ayaz Mütəllibov səslərin 98,53 % topladı və Azərbaycan Prezidenti seçildi.

NamizədPartiyaSəslərLehinə %Ayaz Niyazi oğlu MütəllibovSovet İttifaqı Kommunist Partiyası3 275 83798,53%Əleyhinə48 8661,47%Etibarsız4600,01%Ümumi3 325 163100

İstinadlar

Kateqoriya:Azərbaycanda prezident seçkiləri Kateqoriya:1991-ci ildə seçkilər Kateqoriya:1991-ci ildə Azərbaycan