Novruz Əzimov () — Azərbaycanlı futbol mütəxəssisi.

Həyatı Laçın rayonunun Alıqulu kəndində anadan olmuşdur. Amma Mehdiabad qəsəbəsində böyüyüb. 1982–1992-ci illərdə Neftçi Bakı klubunun heyətində çıxış edib. Bu müddət ərzində 146 oyunda meydana çıxıb 5 qol vurub.

1992-ci ilin martında könüllü olaraq, cəbhəyə yollanıb. Mayın 2-si, ya 3-ü Bakıya ezamiyyətə gəlib. Şuşa alınan gün, 1992-ci il may ayının 8-də ilk milli çempionatın açılış turunda Sumqayıt "Xəzər"inə qarşı Neftçi Bakı klubunun formasını geyinib. Səhərisi isə tək öz maşını ilə Laçına yollanır. O vaxtlar Arif Paşanın rəhbərlik etdiyi 811-ci Laçın alayının tərkibində döyüşüb.

Fəaliyyəti İlk məşqçi fəaliyyəti Gəncənin Kəpəz komandasında olub. 1997-ci ildə bu komandada oynayan məşqçi funksiyasını yerinə yetirib. Eyni zamanda Gəncə Dəmir Yol Nəqliyyatında, Polis İdarəsində Baş əməliyyat müvəkkili işləyib.

Baş məşqçi kimi isə, ilk iş yeri "Bakı" komandası olub. 2011/2012 mövsümünün gedişində Aleksandr Starkovun istefasından sonra "Bakı"nın baş məşqçisi təyin edilən Novruz Əzimov komandaya Azərbaycan Kubokunu qazandırıb. Lakin "Bakı" 2012-ci ilin yayında Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra, baş məşqçi postundan istefa verib və klubun idman direktoru təyin edilib. Son dəfə isə "2 Liqa" klubu olan "Dinamo Bakı"nı çalışdırıb. Hazırda heç bir klubda çalışmır.

Futbolçu kimi uğurları 1984 SSRİ çempionatının bürünc mükafatçısı 1984 Hərbçilər arasında SSRİ çempionatında gümüş medal 1988 SSRİ Federasiya Kubokunun finalçısı 1992 çempion 1994/95 çempion 1996/97 bürünc medal 1993/94 kubokun sahibi

Məşqçi kimi uğurları 1997/98 gümüş medal (məşqçi) 1998/99 Azərbaycan çempionu və Azərbaycan kubokunun qalibi (məşqçi) 2006 Azərbaycan kubokunun qalibi (məşqçi) 2011/12 Azərbaycan Kubokunun qalibi (baş məşqçi)

İstinadlar

Xarici keçidlər Azərbaycan futbolunun tarixi: futbolçu və döyüşçü Novruz Əzimov

Kateqoriya:Laçın rayonunda doğulanlar Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Bakı FK məşqçiləri Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Rusiyada legioner futbolçular