Ələsgərov Əli Ələsgər oğlu () — Əməkdar həkim (2009).
Həyatı Ələsgərov Əli Ələsgər oğlu 29 iyun 1953-cü ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur.
1979-cu ildə Tibb İnstitutunu bitirərək terapevt ixtisası almış, əmək fəaliyyətinə Nehrəm kənd xəstəxanasında başlamışdır. Sonralar işini Naxçıvan şəhərində N.Nərimanov adına Respublika xəstəxanasında davam etdirmişdir.
1998-ci ildən həmin xəstəxanada baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb. 2012-ci ildən Naxçıvan MR. N.Nərimanov adına Respublika xəstəxanasının Baş həkimi vəzifəsində işləyir. Babək rayonunun Nehrəm kəndində yaşayır.
Ailəlidir, 4 övladı,7 nəvəsi var.
Təltifləri 2009-cu ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun fərmanı ilə muxtar respublika səhiyyəsinin inkişafındakı səmərəli fəaliyyətinə görə Ələsgərov Əli Ələsgər oğluna "Əməkdar həkim" fəxri adı verilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycanlı həkimlər Kateqoriya:Əməkdar həkimlər Kateqoriya:Naxçıvan Muxtar Respublikasının əməkdar həkimləri