İv Montan (, , əsl adı İvo Livi, ; ) — fransız şanson müğənnisi və aktyoru.

Həyat və yaradıcılığı İvo Livi 13 oktyabr 1921-ci ildə İtaliyanın Monsummano-Alto şəhərində dünyaya gəlmişdir. O, Cüzeppina və Covanni Livinin 3 uşağından balacası idi. Qısa müddət sonra ailə Fransaya köçür və Marseldə məskunlaşır. ABŞ-a köçmək fikirləri olsa da, viza problemləri ilə əlaqədar bu mümkün olmur.

1929-cu ildə onlar Fransa vətəndaşlığı alırlar. Gələcək müğənni gənclik illərində əvvəlcə bacısının bərbərxanasında, sonra isə gəmi təmiri müəssisəsində fəhlə işləyir. O öz sənət fəaliyyətini müğənni kimi kinoteatrlarda, klublarda və müzik-hollarda başlamışdır. Təxəllüs kimi o, "İv Montan" adını götürür (İv — İvo adının fransız variantıdır). Özünün verdiyi izaha görə bu təxəllüsün seçilməsi onunla əlaqədardır ki, o uşaq olanda anası onu evə çağırarkən italyan və fransız sözlərini qarışdıraraq "İvo, monta!", yəni "İv, yuxarı qalx!" deyərmiş.Müsahibə, Candide, 22 may 1967.

O, bu təxəllüs altında səhnəyə ilk dəfə 17 yaşında çıxmışdır. 1944-cü ildə Montanın Parisdəki çıxışı zamanı Edit Piaf onu görür. Bu tanışlıqdan sonra 1946-cı ilədək onlar birlikdə səhnəyə çıxırlar. Piaf onun repertuarı ilə şəxsən məşğul olur və öz mahnılarının müəlliflərindən Montan üçün bir neçə mahnı yazmalarını xahiş edir. 1946-cı ildə onlar ayrılırlar.

1949-cu ilin avqustunda Montan Sen-Pol-de-Vansda Simona Sinyore ilə tanış olur. Tezliklə Simona birinci əri İva Alleqredən ayrılır və 1951-ci ilin dekabrında Montanla ailə həyatı qurur. Bu cütlük çox populyar idi və şəkilləri jurnalların üz qabığından düşmürdü. Onlar dəfələrlə filmlərdə tərəf müqabili olmuşdular.

1985-ci ildə Simona Sinyore vəfat etdi. 1986-cı ildə "Jan de Floret" filminin çəkilişlərində Montan bir neçə il əvvəl işə qəbul etdiyi katibəsi Karol Amyellə sevgi macərası yaşayır. Amyel İv Montanın yeganə övladının, 1988-ci ilin dekabrında dünyaya gələn Valentinin anasıdır.

İv Montan 1991-ci il noyabrın 9-da "İP-5: Dərisi qalınlar adası" filminin çəkilişləri zamanı soyuqlayaraq, çəkiliş meydançasında vəfat etmişdir.

Siyasi baxışları Solçu fikirləri ilə məşhur olan İv Montan, bu səbəbdən SSRİ-də çox populyar idi. Kommunizm ideyalarını dəstəkləyən Montan, hətta 1956-cı il Macarıstan hadisələrindən sonra SSRİ-yə qastrol səfərlərini ləğv etmədi. Buna görə fransız mətbuatı onu ciddi tənqid etsə də, SSRİ-də onu sevinclə qarşılamışdılar.

Filmoqrafiyası 1946 — İşıqsız ulduz / Étoile sans lumière 1946 — Gecənin qapıları / Les Portes de la nuit 1947 — Büt / L'Idole 1950 — İtirilmiş suvenirlər / Souvenirs perdus 1951 — Qırmızı taverna / L’Auberge rouge 1952 — Paris həmişə mahnı oxuyur! / Paris chante toujours ! 1953 — Qorxunun mükafatı / Le Salaire de la peur 1954 — Bizim dövr / Tempi nostri 1955 — Qəhrəmanlar yorulublar / Les héros sont fatigués 1955 — Napoleon / Napoléon 1955 — Gecə Marqaritası / Marguerite de la nuit 1956 — İnsanlar və canavarlar / Uomini e lupi 1956 — Digər günlər kimi adi gün / Un matin comme les autres 1957 — Külək qızılgülü / Die Windrose 1957 — Salem cadugərləri / Les Sorcières de Salem 1957 — Geniş mavi yol / La grande strada azzurra 1958–1 May / Premier mai 1959 — Qanun / La Legge 1959 — Canqo Reynhart / Django Reinhardt 1960 — Eşqə qapılaq / Le Milliardaire (Let’s Make Love) 1961 — Sığınacaq / Sanctuaire 1961 — Siz Bramsı sevirsinizmi? / Aimez-vous Brahms ? (Goodbye Again) 1962 — Mənim geyşam / Ma Geisha 1965 — Yataqlı vaqonlarda qətl / Compartiment tueurs 1966 — Müharibə qurtarıb / La guerre est finie 1966 — Bəs Paris yanmadı? / Paris brûle-t-il ? 1966 — Böyük mükafat 1967 — Yaşamaq üçün yaşamaq / Vivre pour vivre 1968 — Bir dəfə gecə, qatarda / Un soir, un train 1969 — Cənab Azadlıq / M. Liberté 1969 — Zeta / Z 1969 — Şeytanın quyruğundan / Le Diable par la queue 1970 — Etiraf / L’Aveu 1970 — Melinda / Melinda 1970 — Qırmızı dairə / Le Cercle rouge 1971 — Böyüklük iddiası / La Folie des grandeurs 1972 — Hər şey yaxşıdır / Tout va bien 1972 — Sezar və Rozali / César et Rosalie 1973 — Oğul / Le Fils 1973 — Mühasirə vəziyyəti / État de siège 1974 — Müğənninin tənhalığı / La Solitude du chanteur de fond 1974 — Təsadüf və zorakılıq / Le Hasard et la violence 1974 — Vensan, Fransua, Pol və digərləri / Vincent, François, Paul… et les autres 1975 — Xüsusi bölmə / Section spéciale 1975 — Vəhşi / Le Sauvage 1976 — Pistolet "Piton 357" / Police Python 357 1977 — Super kələkbaz / Le Grand escogriffe 1977 — Təhlükə / La Menace 1978 — Cənuba gedən yol / Les Routes du sud 1979 — Qadının işığı / Clair de femme 1979 — Və… İkar kimi / I… comme Icare 1981 — Silah seçimi / Le Choix des armes 1982 — Tam od, tam alov / Tout feu, tout flamme 1983 — Ofisiant / Garçon ! 1986 — Jan de Floret / Jean de Florette 1986 — Mənbədən Manon / Manon des sources ("Jan de Floret"in davamı) 1988–26 nəfərə 3 bilet / Trois places pour le 26 1991 — Neçayevin qayıdışı / Netchaïev est de retour 1992 — İP-5: Dərisi qalınlar adası / IP5 : L'île aux pachydermes

Diskoqrafiyası 1960 — Let's Make Love [Bonus Tracks] (Sony Music Distribution) 1962 — Montand Chante Prévert (Versailles Records) 1964 — En Balade (Columbia) 1964 — Le Paris de Montand (Sony Music Distribution) 1968 — La Bicyclette (Polygram) 1968 — Je Sais Que Vous Etes (PolyGram) 1974 — Montand de Mons Temps (TriStar Music) 1981 — Olympia '81 (PolyGram) 1988 — D'Hier Et D'Aujord'Hui (Polygram) 1992 — Recital Au Theatre de L'Etoile (Sony Music Distribution) 1994 — One Man Show (Sony Music Distribution) 2008 — Best of Yves Montand [Klub] (Klub Publishing) 2008 — Les Débuts de Yves Montand, Vol. 1 (1945–1948) (Forlane) 2010–10 Chansons Pour l'Été (Tsk) 2010 — Je Soussigné (Tsk) 2010 — A Paris (Original Sound) (Tsk) 2010–18 Titres Eternels 2011 — Le Music-hall à La Français

İstinadlar

Xarici keçidlər International Jose Guillermo Carrillo Foundation

Kateqoriya:Fransa müğənniləri Kateqoriya:Fransa aktyorları Kateqoriya:İtaliya aktyorları Kateqoriya:Per-Laşez qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Fransa sosialistləri Kateqoriya:Yəhudi mənşəli fransızlar Kateqoriya:İtaliya şəxsləri