Madaqaskar 3: Avropanın ən çox axtarılanları () — 6 iyun 2012-ci ildə istehsal edilmiş qısametrajlı animasiya filmi.La Tercera.com , Los Pinguinos de Madadascar tendrán su propia película.НОВОСТЬ: "Madaqaskar 3" . İstifadə tarixi: April 8, 2012. Filmin rejissorları Erik Darnell, Konrad Vernon və Tom MakQratdır.Madagascar 3 — Trailers, Videos, and Reviews . İstifadə tarixi: April 8, 2012.Dreamworks Animation: Five Feature Films . İstifadə tarixi: April 8, 2012.
"DreamWorks" kompaniyasının başçısı Ceffi Katsenberqin sözlərinə görə ikinci filmin prokata satışının uğurundan sonra üçüncü filmin üzərində işləməyə başlamışdır. Filmin rejissoru Tom Makqrat deyir ki, mütləq cizgi filminin baş qəhrəmanlarını Mərkəzi Nyu-York parkına geri qaytaracaqdır. Cizgi filmi 3D formatında çəkilmişdir.Whitty, Stephen. "Crazy cast of supporting beasts agains steals the show". In: "Cleveland Plain Dealer via the Newark Star-Ledger" (USA), 8 June 2012, Pg. T09, (NP)
"Madaqaskar 3: Avropanın ən çox axtarılanları" animasiyasının mövzusu əvvəlki frenşizalara yaxındır. Baş qəhrəmanlar Aleks, Marti, Melman və Qloriya doğma Mərkəzi Nyu York Zooparkına geri qayıtmaq niyyətindədirlər. Lakin onların bu planlarına Kapitan Şantell Dübua mane olur. Bu səbəbdən baş qəhrəmanlar bütün Avropa yollarını keçəcək sirk heyətinə qoşulurlar. Baş qəhrəmanlar uzun müddət davam edən əhvalatlarla qarşılaşdıqdan sonra artıq sirkı doğma evlər kimi görür və geri qayıtmırlar.
"Madaqaskar 3: Avropanın ən çox axtarılanları" animasiya filminin büdcəsi $145 milyon ABŞ dollarıdır. ABŞ-də göstərilən ilk gün $20,5 milyon dollar əldə etmişdi. Bu isə birinci ($13,9 milyon) və ikinci ($17,6 milyon) seriyalardan nisbətən çox idi. İlk həftədə isə $60,3 milyon ABŞ dolları gəlir toplamışdı. Bu gəlir isə ilk seriyadan nisbətən çox ($47,2 milyon), ikinci seriyadan ($63,1 milyon) isə az idi. Beləcə, bu animasiya ilk iki uikenddə ən çox gəlirən gətirən filmlər arasında birinci yer tuturdu. Dünya ölkələrində baxıldıqdan sonra animasiyanın gəliri $746 921 274 milyona çatmışdı. Əldə etdiyi gəlirə görə "Ən çox gəlir gətirən qısametrajlı cizgi filmləri" və "Ən çox gəlir gətirən filmlər" sırasında mühüm yerlərdən birini tutur. Animasiya tənqidçilər tərəfindən müsbət qarşılanmış və yüksək səs toplamışdır.
Məzmun
Animasiyanın qəhrəmanları şir Aleks, zebr Marti, begemot Qloriya və zürafə Melman hələ də Nyu-Yorka, kimi doğma zooparklarına qayıtmağa çalışırlar. Aleks çoxlu qarabasmalar görür. Aleks xəyallardan ayılaraq Marti və Qloriya kömək vasitəsilə Nyu-Yorka geri qayıtmağı təklif edir. Bunun üçün onların ilk olaraq pinqvinlərə ehtiyacları vardır. Qəhrəmanlar onlara kömək edən yeganə məxluqlara Pinqvinlərə müraciət etməyə qərara gəlirlər. Beləliklə, Monte-Karloya səyahət edən ayrılmaz dostlar burada pinqvinlərlə yanaşı, Kral Culian, meymunlar və yenicə qoşulmuş bir lama ilə də rastlaşırlar. Elə burada, gözlənilməz bir səhv ilə insanları qorxudan vəhşilər, heyvan nəzarətçiləri tərəfindən axtarılmağa başlanılır. 4 çılğın pinqvin, 2 meymun, 3 lemur, şir, zebr, begemot, zürafə və lama. Bu səs-küylü dəstə Avropanın diqqətini öz üzərlərinə çəkmədən aradan çıxa bilmirlər. Onlar Kazinodan Pinqvinlərin təyyarəsi ilə qaçırlar. Lakin bu təyyarə yolda qəzaya uğrayır. Qəza Fransa yaxınlığında baş verir. Axtarışlardan qaçan Madaqaskarlılar, köçəri sirk heyətinə qoşulmalı olurlar. Bunun üçün onlar sirk heyətinin qatarı ilə yola düşürlər. Burada qəhrəmanlar özlərinin sirk heyətinin üzvləri olduğunu başa düşürlər.
Sirk heyətində Vitali adında pələng, yaquar Ciya, itlər və fillər vardır. Şimpanzelər sirki sahibindən satın alırlar. Bu səbəbdən qəhrəmanlar onlar üzərində nəzarəti götürürlər. Culian Ayı Sonyaya aşiq olur. Dübua Aleksin sirk heyətində gizlənməsini başa düşür. Dübua qəhrəmanlar kimi qatara atlanır. Qatar Roma şəhərinə gedir. Şəhərdə əyləncə üçün hamı hazırlıq işlərini görür. Kral Culian XIII Sonya ilə gəzintiyə çıxır. Dübua qəhrəmanları izləməyə başlayır. Lakin motosiklet qaçırdığına görə tutulur. Tamaşa zamanı qəhrəmanlar çox pis çıxış edirlər. Bir müddət sonra Dübua həbsdən qaçır və kompüterdə Aleks haqqında informasiyanı tapır. Stefano Aleksə Vitalinin üzükdən atlanan zaman bütün bədənini zədələməsi haqqında danışır. Bu səbəbdən sirkin vəziyəti daha da pis görünür. Aleks sirk heyətinin Londonda çıxışını hazırlayır. Tamaşa zamanı sirk heyəti tamaşanı ifa etməyə başlayır. Tamaşa böyük uğur qazanır. Tamaşa qurtardıqdan sonra Dübua yenə də Aleksi qaçırmaq istəyir. Lakin bu zaman pinqvinlər ona odlu silahdan atəş açırlar. Hamı başa düşür ki, qəhrəmanlar zooparkdan olan heyvanlardılar. Qəhrəmanlar qəzəblənməyə başlayırlar.
Nəhayət, sirk heyəti və qəhrəmanlar Nyu-York şəhərinə geri dönürlər. Bir müddət keçdikdən sonra sirk ustaları qəhrəmanların burada olmadıqlarından narahatlanmağa başlayırlar. Çünki qəhrəmanlarsız sirk heyəti tamaşanın öhtəsindən gələ bilmir. Bu müddət ərzində qəhrəmanlar Mərkəzi Zoopark parkına gəlirlər. Bir müddət sonra onlar başa düşürlər ki, Madaqaskardan bura gələnə kimi yol boyu baş verən əhvalatlar onların həyat tərzini bərk dəyişdirmişdir və burada sakit həyat sürə bilməzlər. Bu səbəbdən onlar sirk heyətinə geri dönməlidilər. Amma qadın Kapitan Şantel Dübua bu müddət ərzində vaxtını boş yerə sərf etmir. Dübua və onun dostları qəhrəmanlara yuxu dərmanı vururlar. Bu zaman zoopark mühafizəçiləri bura gəlirlər. Zoopark mühafizəçiləri Aleksin bura dönməsini çoxdan gözləyirdilər. Onlara elə gəlir ki, məhz Dübuanın səyləri nəticəsində qəhrəmanlar bura gəlmişlər və bu səbəbdən ondan razı qalırlar. Yaralanmış Culian sirkə çataraq dördlük qrupunun başına gələn hadisələr haqqında pinqvinlərə xəbər verir. Pinqvinlər başa düşürlər ki, dördlük qrupu tələyə düşmüşlər. Ciya yeni dostlarının tələyə düşdüyünü eşidən kimi sirk heyətinin dördlük qrupunu xilas etməsinə səy göstərir.
Bu müddətdə Aleks ayılan kimi başa düşür ki, özü və dostları tələyə düşmüşlər. Nyu-York şəhərinin meri Dübuanı milyon dollarla mükafatlandırır. Lakin Dübua tamaşaçılara qeyd edir ki, Aleksin kəlləsi lazımdır. Dübua Aleksə xüsusi silahla atəş açır. Bu zaman Ciya Aleksi xilas edir. Bu müddətdə sirk heyəti zooparka gəlib çatırlar. Sirk heyəti Dübuanı məğlub etmək üçün müxtəlif oyunlar göstərirlər. Dübua buradan qaça bilməyən Stefanonu öldürmək niyyətindədir. Lakin bu zaman Aleks Stefanonu xilas edir və həmkarları ilə birgə Dübuanı məğlub edir. Dübuaya yuxu dərmanı vurulur və Aleks həmkarları ilə birgə bu yerdən uzaqlaşır.
Animasiyanın sonunda isə qəhrəmanlar Nyu-Yorka qayıtmaq istəmirlər. Artıq qəhrəmanlar başa düşürlər ki, sirk onların evidir. Onlar azadlığı seçərək, sirk heyəti ilə səyahət etməyə başlayırlar. Bu müddətdə isə Dübua və onun dostları Madaqaskar adasına yollanırlar. Bu səhnə daha çox animasiyanın birinci hissəsi olan Madaqaskar animasiyasında dördlüyün Madaqaskar adasına yollandığı səhnəyə bənzəyir.
Rollarda Aktyor/aktrisa Rol QeydlərBen Stiller Aleks ŞirKris Rok Martin ZebraDevid ŞvimmerMelman ZürafəCada Pinkett SmitQloriya HippopotamFrensis MakDormendKapitan Şantell Dübua Heyvan Nəzarət Komitəsinin lideriSaşa Baron KoenKral Culian XIII LemurSedrik "Əyləndirən"Moris əlayaqlılar sinfinə daxil olan heyvanEndri RixterMort LemurKonrad Vernon Meyson ŞimpanzeTom MakQratŞkiper Pinqvinlər komandasının lideriCon Di MacioRiko Pinqvinlərdən biriKris MillerKovalski Pinqvinlərdən biriKristofer Nayts Əsgər Pinqvinlərdən biriMartin Şort Stefano İtalyan dəniz şiriCessika Çesteyn Ciya İtalyan yaquarıBrayan Krenston Vitali Rusiyalı Sibir pələngiVinni Cons Freddi İtlərdən biriStiv Cons Consi İtlərdən biriNik Fletçer Frenki İtlərdən biriDenni Yakobs Krupier Sirk ustasıPaz Veqa Andalusiya Üçlükləri Esmeralda, Esperanza and ErnestinaKonrad Vernon Meyson İkinci polisFrenk Uelker Sonya Aleksin sevdiyi ayıErik Darnell Komandant Zoopark diktoruDeniel O'Konnor Kazinoda nəzarətçi Nyu York şəhərinin mayoru
Tənqid "Madaqaskar 3" animasiya filmi tənqidçilər tərəfindən böyük reytinq qazanmışdır. Rotten Tomatoes saytında tənqidçilər tərəfindən animasiyaya 84 resenziyadan 76 resenziya qazanmışdır. IMDb saytında animasiya 7,0 (48,2 min nəfər) və bu saytın məlumatlarına bənzər "KinoPoisk.ru" saytında 7,6 (48 min nəfər) reytinq qazanmışdır. "Metacritic" saytında isə animasiya 100 baldan 60 bal toplamışdır.
Mükafatlar və nominasiyalar Əsas mükafatlar və nominasiyalar</center>MükafatKateqoriyaMükafatı qazananNəticə "Yeniyetmə seçim mükafatı" Animasiya filmindən sevimli səs Kris Rok rowspan=2 Yayın ən yaxşı filmi (Komediya və ya müzikl) Madaqaskar 3 "Kids' Choice Awards Argentina" Ən yaxşı animasiya filmi Enni mükafatı Animasiya filmində vizual effektlər Cihun Yun rowspan="10" Animasiya filmində personajların dizaynı Kreyq Kelman Bədii əsərin dizaynı Kendal Kronkay-Şayndlin, Şenon CeffrisLindski Olivares, Kenard Pak Animasiya filminin kadrların hazırlanması Rob Ku "Satellite Awards" Bədii və ya animasiya filmi Madaqaskar 3 Ən yaxşı orijinal mahnı "Love Always Comes as a Surprise" — Piter Eşer və Deyv Stüart "Critics' Choice Movie Awards" Ən yaxşı animasiya filmiMadaqaskar 3 "Kids' Choice Awards" Ən yaxşı animasiya filmi Animasiya filmindən sevimli səs Ben Stiller Kris Rok "Jorj 2013" Filmin animasiya filmi Madaqaskar 3
Hazırlanma
Ərəfə 2008-ci ildə "Madaqaskar 2: Afrikaya qaçış" cizgi filminin uğurlu çəkilişindən sonra "DreamWorks Animation" kompanyasının sahibi Ceffri Katsenberq gələcəkdə frenşizanın üçüncü seriyasının istehsal olunacağını qeyd edir. Bu isə cizgi filmlərinin rejissorları Erik Darnel və Tom MakKratın sevimli personajlarına çevirdikləri heyvanların hekayəsini bitirmək və onların Nyu Yorkda yaşadıqları doğma Mərkəzi Zooparka qaytarmaq arzuları ilə bağlı idi. Erik Darnell isə cizgi filminin süjet xəttini birinci və ikinci seriyalarda bitirmədiyini, bu hekayənin üçüncü seriyada bitəcəyini söyləmişdr. Həmçinin, Erik Darnel 2009-cu ilin yanvar ayında verdiyi müsahibəsində bu cizgi filminin 2012-ci ilin yay aylarında hazırlanıb qurtaracağını bildirirdi. 12 avqust 2010-cu ildə Ceffri Katsenberq cizgi filminin artıq 60 səhifəsinin hazırlandığını qeyd etmişdir. Süjetin üzərində Noy Baumbax işləyirdi. 9 dekabr 2011-ci ildə cizgi filminin ilk tizeri çıxır. "Madaqaskar 3: Avropanın ən çox axtarılanları" cizgi filminin ilk treyleri isə 21 mart 2012-ci ildə efirə buraxılır.
3D formatının yaradılması "DreamWorks Animation" studiyasının 2010-cu il buraxılışına görə bütün istehsal etdiyi cizgi filmləri 3D formatında çəkilir. "Madaqaskar 3: Avropanın ən çox axtarılanları" frenşizaların 3D formatında buraxılan ilk seriyasıdır. Əvvəlki seriyalar isə 2D formatında çəkilmişdir. Cizgi filmini hazırlayan rejissorların sözlərinə görə:
Biz bilirdik ki, əvvəlki seriyaları 3D formatına yaxın halda hazırlamışdıq. Bu səbəbdən cizgi filmini stil cəhətdən dəyişmədik. Heyvanların sirkə gəlməsi, tullanışlar və digər yeni hərəkətlər 3D formatında çəkilmiş və stil cəhətdən əvvəlki seriyalardan fərqlənmir.
3D formatının sayəsində tamaşılar Monte-Karloda qaçış, Stefanonun xatirələri, Heyvanların Londonda sirk ifası və filmin sonunda baş verən Dübuanın döyüşü səhnələrini canlı hiss edə bilirlər. Heyvanların Londonda sirk ifası səhnəsi rejissorların sözlərinə görə cizgi filmində hazırlanan ən çətin səhnə idi. Cizgi filmin bütün rejissor heyəti öz fikirlərini bir yerə toplayaraq ümumi fikir formalaşdırmış və gözəl səhnə epizodları yaratmışlar. Rejissorlar "DreamWorks Animation" tarixində ilk dəfə olaraq ən çox tamaşaçı səhnəni bu cizgi filmində hazırlamışlar. Bu səhnəni hazırlamaq üçün bir-birinə bənzəməyən 5000 tamaşaçı heyəti yaradılmışdı. Rejissorlar bu səhnəni yaratmaq üçün təxminən 1,6 milyon saat sərf etmişlər.