Paris Metrosu — Fransanın paytaxtı Parisdə yerləşən dünyanın ən köhnə və böyük metrolarından biridir. İlk dəfə 1900-cü ildə inşa edilən Paris metrosunda 16 xətt mövcuddur və cəmi 214 km uzunluğa malikdir. Paris şəhərinin simvolu olaraq göstərilən Paris metrosunun arxitektura şəkli Art Nouveau-dan təsirlənmişdir. Paris metropoliteni 14 nömrələnmiş "böyük" xəttə və 2 qısa keçid (3-cü və 7-ci) xəttinə malikdir. Yolların uzunluğu 214 km olan metroda 301 (həmçinin 62 transplantasiya) stansiya var. Bir halda ki, transplantasiya stansiyaları birdən çox xəttə aiddir və metronun bütün xətlərində dayanacaqların ümumi miqdarı 384 ədəd təşkil edir. Stansiyalar arasındakı orta məsafə 620 m olan metroda yeraltı və yerüstü xətlərin sayı 21-dir.

Paris metrosunun biletləri Paris metrosuna minmək üçün xüsusi kartonu xatırladan gündəlik, aylıq və illik biletlərdən istifadə edilir. Hətta bir həftəlik biletlər də mövcuddur. Bir biletin qiyməti 1,50 avrodur. Əgər birdən birə 20 bilet alınarsa hər biletin qiyməti bir qədər ucuzlaşacaqdır. Metro biletlərindən avtobuslarda da istifadə etmək olur. Aylıq və illik biletlərin üzərində sərnişinin şəkli mütləq olmalıdır. Əks halda nəzarətçilər sərnişini cərimə edə bilər. Son zamanlar həm avtobuslar, həm də metro üçün elektron biletlərdən istifadə edilməyə başlanmışdır.

Paris metro xətti Paris Metropoliteninin xəttləri və stansiyaları Xətt Açılıştarixi Sonyeniləmə Dayanacaqsayı Uzunluq Dayanacaqlararası məsafə Sərnişindaşıma(illik) Sondayanacaq1-ci xətt 19001992 25 16.6 km 692 m 165,921,408La Défense ↔ Château de Vincennes2-ci xətt 19001903 25 12.3 km 513 m 95,945,503Porte Dauphine ↔ Nation3-cü xətt 19041971 25 11.7 km 488 m 91,655,659Pont de Levallois ↔ Gallieni3 keç. xətti 19711971 4 1.3 km 433 mPorte des Lilas ↔ Gambetta4-cü xətt 19081910 26 10.6 km 424 m 155,348,608Porte de Clignancourt ↔ Porte d'Orléans5-ci xətt 19061985 22 14.6 km 695 m 92,778,870Bobigny ↔ Place d'Italie6-cı xətt 19091942 28 13.6 km 504 m 104,102,370Charles de Gaulle ↔ Nation7-ci xətt 19101987 38 22.4 km 605 m 121,341,833La Courneuve ↔ Villejuif / Mairie d'Ivry7 keç. xətti 19671967 8 3.1 km 443 mLouis Blanc ↔ Pré Saint-Gervais8-ci xətt 19131974 37 22.1 km 614 m 92,041,135Balard ↔ Créteil9-cu xətt 19221937 37 19.6 km 544 m 119,885,878Pont de Sèvres ↔ Mairie de Montreuil10-cu xətt 19231981 23 11.7 km 532 m 40,411,341Boulogne ↔ Gare d'Austerlitz11-ci xətt 19351937 13 6.3 km 525 m 46,854,797Châtelet ↔ Mairie des Lilas12-ci xətt 19101934 28 13.9 km 515 m 81,409,421Porte de la Chapelle ↔ Mairie d'Issy13-cü xətt 19112008 32 24.3 km 776 m 114,821,166Châtillon — Montrouge ↔ Saint-Denis / Les Courtilles14-cü xətt 19982007 9 9 km 1,129 m 62,469,502Saint-Lazare ↔ Olympiades

Texniki məlumatlar Qatarların hərəkətinin orta sürəti 35 km/saat. Qatarın uzunluğu 3–6 vaqon arasıdır. Relslərdə yolun standart eni 1435 mm-dir. 14-cü xətt — ən müasir, "sürücüsüz qatarlar" sistemi ilə avtomatik idarə olunur. 28 noyabr 2011-ci ildən etibarən xətlərdəki bütün qatarlar (14-cü xətdə olduğu kimi) avtomatik idarə sisteminə köçürülmüşdür. Metronun ən uzun xətti 8-ci xəttdir. Paytaxtın 18-ci rayonunda yerləşən "Abess" stansiyası ilk metro stansiyası hesab edilir və ilk xətt bu stansiyada istifadəyə verilmişdir. Metro stansiyaları elə qurulubdur ki, hər bir xətt şəhərin bir qurtaracağına çıxır.

Xarici keçidlər

Kateqoriya:1900-cü ildə nəqliyyat