Məzmun Kinoreportaj Gənclər və Tələbələrin III Respublika Festivalına həsr olunmuşdur. Filmdə Azərbaycan Dövlət Konservatoriyası tələbələrinin və gənc neftçilərin festivala hazırlığının əsas mərhələləri öz əksini tapmışdır. Festivalın açılışı, Bakının küçə və meydanlarında festival iştirakçılarının çıxışları filmin kulminasiyasını təşkil edir. Respublikanın rayonlarında da çoxlu çəkilişlər aparılmışdır. Misal üçün, kənd qızlarının festivala hazırlaşmaları, yaylaqda çobanların rəqsi və s.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Seyfulla Bədəlov Ssenari müəllifi: Hüseyn Nəcəfov Baş operator: Xan Babayev Operator: Seyfulla Bədəlov Rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Rauf Hacıyev Səs operatoru: Ağahüseyn Kərimov

Kateqoriya:1957-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər