thumb|300px|1900-cü il açıqcasında buxar dartımında hərəkət edən səki. "Almaniya XXI sər" siklindən thumb|300px|Kolumbiya Beynəlxalq Aeroporunda, ABŞ, sərnişin konveyeri Sərnişin konveyeri (slenq ) və ya Hərəkət edən səki — sərnişinlərin hərəkətini yüngülləşdirən və ya tezləşdirən hərəkət edən pilləsiz mexaniki yol.

Terminologiya

O ingilis dilində : travelator, walkalator, movator.Moving walkwaymoving walkway — Definitions from Dictionary.com , rus dilində isə həmçinin "qaçan yol" («бегущая дорожка») və "hərəkət edən səki" («движущийся тротуар») də adlandırırlar.

İstifadə sahəsi

Sərnişin konveyeri bir qayda olaraq böyük ticarət komplekslərində, aeroportlarda, vağzallarda və sərgi komplekslərində istifadə edirlər. Onlar həm şaquli, həm də üfüqi qurulur. Sürətinə görə sərnişin konveyerləri az sürətli (2.5-3.6 km/saat), sürətli (12–17 km/saat) və passiv kabinəli sistemlərə (20–33 km/saat) bölünürlər. Sərnişinlər az sürətli səkilərin lentinə səkidən və ya giriş meydançasından keçirlər. Sürətli lentlərə isə ardıcıl olaraq aşağı sürətli lentdən daha böyük sürətli lentə prinsipi ilə keçirlər. Sürət artdıqca hərəkət edən səkinin (Travolatorun) sərnişin daşıma qabiliyyəti artır, lakin müəyyən sürətdən sonra aşağı düşməyə başlayır. Sürətli səkilər daha yüksək daşıma qabiliyyətini təmin edirlər. Hərəkət edən səkilərin (Travolatorların) bir sıra üstünlükləri (məsələn: pillələrinin olmaması və bu səbəbdən istənilən qabaritli əşyaların rahat üzərində yerləşdirilə bilinməsi..) vardır. Lakin, onun məhdudiyyətləri də mövcuddur, məsələn; - onun yalnız müəyyən meyil bucağı altında yerləşdirilməsi (sərnişinlərin hərəkət zamanı müvazinətliliyini təmin edəcək meyil bucağı), eskalatorlardan fərqli olaraq sərt meyil bucağı altında yerləşdirilməsi imkanlarının məhdud olması. Sərnişin konveyerləri praktiki olaraq geniş ərazili, əhalinin (sərnişin) kütləvi axınlarının daimi mövcud olduğu böyük ticarət mərkəzlərində, hava limanlarında, dəmir yolu stansiyalarında, metropoliten stansiyalarında, yeraltı piyada keçidlərində, sərgi kompleksləri və s. istifadə olunur.

Həmçinin bax

Eskalator

Mənbə Çingiz Rəhimov, Bakı şəhərində avtobus sərnişin daşımalarının təşkilində müasir üsulların tətbiqi Chingiz Rehimov МЕТОДЫ ОПРЕДЕЛЕНИЯ ТРЕБУЕМОГО КОЛИЧЕСТВА ЛЕГКОВЫХ АВТОМОБИЛЕЙ ТАКСИ И ПРАКТИКА МИРОВЫХ СТРАН В ЭТОЙ ОБЛАСТИ Cavadov Əlvahab, "Avtomobil Sərnişin Daşımaları". Moving sidewalk video Технические характеристики типов траволаторов

İstinadlar

Kateqoriya:Piyada infrastrukturu Kateqoriya:Metropoliten Kateqoriya:Müyəssərlik Kateqoriya:Yol nəqliyyatı