Sirkə kasası çuxuru və ya sadəcə Sirkə kasası () çanağın qalça sümüyünün bayır səthində bud-çanaq oynağına məxsus oynaq çuxuru. Sirkə kasasına bənzədiyi üçün bu çuxur təbabətdə, xüsusilə anatomiyada belə adlandırılır Sirkə kasası çuxuru çanağın üç: qalça (), oturaq () və qasıq ( sümüklərinin birləşməsindən yaranmışdır. Sirkə kasası çuxuru aypara formalı qığırdaq oynaq səthinə () malikdir. Bu qığırdaq oynaq səthinin uzunluğu təxminən 2 sm, qalınlığı isə 0,3 sm-dir. Kasanın ətrafı qığırdaqla örtülərək oynaq kasası dodağını () əmələ gətirmiş olur. Beləliklə bud sümüyünün oynaq başı oynaq yuvasında — sirkə kasasında oturmuş və qeyd olunan qığırdaqla əhatələnmiş olur ki, bu da onun luksasiyasının (oynaqdan sürüşüb çıxmasının) qarşısını almış olur.
Kateqoriya:İnsan anatomiyası Kateqoriya:Çanaq (anatomiya) Kateqoriya:Çanaq sümükləri Kateqoriya:Aşağı ətraf sümükləri