Daşlıçay ilçəsi — Ağrı ilinin ilçəsi.

Tarix Daşlıçay ilçəsi həmçinin Daşlıçay şəhər bələdiyyəsi 6324–6325 saylı qanun əsasında 1954-cü ildə yaradılmışdır.

Ərazi Ərazisindən Murad çayı keçən il şərqdən Ağrı ilinin Diyadin və Doğubəyazid ilçələri, şimaldan İğdır ilinin Duzluca ilçəsi, qərbdən Ağrı ilinin Ağrı ilçəsi və Hamur ilçəsi, cənubdan isə Van ilinin Ərciş ilçəsi ilə həmsərhəddir. İlçənin sahəsi 798T.C. Taşlıçay Kaymakamlığı :Genel Durum km²-dir. İlçənin ən hündür nöqtəsi Aladağın zirvəsi olan Muradbaşı (və ya Qoçbaşı) zirvəsidir (hündürlüyü 3510 metr). İlçə mərkəzi olan Daşlıçay şəhəri ilin mərkəzi olan Ağrı şəhərindən 32 km məsafədə yerləşir.

İqtisadiyyat İlçədə əhali əsasən maldarlıq, qismən isə əkinçiliklə məşğul olur. Ərazisinin çox hissəsi dağlıq olan ilçədə əkinə yararlı sahələr azdır.

Əhali TUİK-in 2011-ci ilə verdiyi rəsmi təxminə əsasən Daşlıçay əhalisi 22 641 nəfərdir (11,543 nəfər kişi, 11,098 nəfər qadın). Bütün ilçə əhalisinin 6 191 nəfəri (3,132 nəfəri kişi, 3 059 nəfəri qadın) Daşlıçay şəhərində, qalan 16 450 nəfər (8,411 nəfər kişi, 8 039 nəfər qadın) əhali isə 36 kənddə yaşamaqdadır. Daşlıçay ilçəsində yalnız bir bələdiyyə mövcuddur: Daşlıçay şəhər bələdiyyəsi (Daşlıçay şəhərini əhatə edir).

Milli tərkib Etiqad baxımından tamamilə müsəlman olan ilçə əhalisini əsasən kürdlər, qismən türklər (azərbaycanlılar) təşkil edirlər. Kürdlər şafi məzhəbindədirlər. İlçədəki azərbaycanlılar şiə-cəfəri və sünni-hənəfi təriqətləri olmaqla iki yerə ayrılır. İlçədə əsasən kəndlərdə yaşayan azərbaycanlıların subetnik qrupu olan qarapapaqlara aid türklər hənəfi məzhəbindədirlər. Şiə-cəfəri azərbaycanlıların əksəriyyəti isə Daşlıçay şəhərində yaşamaqdadır.

Daşlıçay şəhərinin əhalisinin (6,191 nəfər) 60%-ni kürdlər, 40%-ni azərbaycanlılar təşkil edir.Ağrı-Taşlıçay Halk Eğitim Merkezi Müdürlüğü:Taşlıçay İlçesi Genel Bilgileri :..Alanı 798 km karedir...İlçe merkez nüfusu %40 Azeri ve Karapapak %60 kürt kökenli vatandaşlarımızdan oluşmaktadır. İlçeye bağlı köylerden, Yukarı Taşlıçay ve Yassıkaya köyleri Azeri, Geçitveren, İkiyamaç, Yukarı Toklu, Kumlubucak ve Aşağı Toklu köylerinin yarısı Karapapak, diğer köylerimiz kürt kökenli vatandaşlarımızdan oluşmaktadır. İlçemizde yaşayan nüfusun tamamı müslüman olup, karapapaklar hanefi, azeriler şii (caferi), kürtler ise şafi mezhebindendir. Şəhərdəki azərbaycanlıların əksəriyyəti şiə olsa da, az bir qismi (qarapapaq tayfasından 20-25 ailə) sünni-hənəfi təriqətindədirlər. Cəfəri məzhəbində olan Azərbaycan türkləri Daşlıçay şəhərində (əhalinin 40%-i), Yuxarıdaşlıçay (əhalinin tamamı), Yassıqaya (əhalinin tamamı) və Bayramyazı (3-5 ailə) kəndlərində, Azərbaycan türklərinin subetnik qrupu olan qarapapaqlar isə Daşlıçay şəhərində (20-25 ailə), İkiyamac (əhalinin tamamı), Keçidverən (əhalinin 95%-i), Yuxarıtoxlu (əhalinin tamamı), Aşağıtoxlu (əhalinin yarısı), Qumlubucaq (əhalinin yarısı) və Çöğürlü (3-5 ailə) kəndlərində yaşamaqdadırlar. İlçə ərazisində yaşayan kürd əsilli əhali tayfa quruluşunu qoruyub saxlamışdır: Cəlali tayfası: Araz, Aşağıəsən, Yuxarıəsən, Bayramyazı, Boyuncaq, Çöğürlü, Qumlubucaq, Daştəkər və Tanyolu kəndlərində məskunlaşıbdır. Plakani tayfası: Aşağıdüzmeydan, Yuxarıdüzmeydan, Aşağıdumanlı, Yuxarıdumanlı, Çökelgə, Gündoğdu, Tanrıverdi, Güneysöyüd, Samanyolu, Yanqaya, Yeltəpə, Yanalyol və Balçiçək kəndlərində məskunlaşmışdır. Nezoi tayfası: Yardımçılar, Düzgörən və Tanrıverdi kəndlərində məskunlaşmışdır. Kaskan tayfası: Diləkyazı və Qumluca kəndlərində məskunlaşmışdır. Şeyx tayfası: Gözucu, Kağnılı və Bayıraltı kəndlərində məskunlaşmışdır. Mikali tayfası: Gözucu və Bayıraltı kəndlərində məskunlaşmışdır.

Kəndlər +Daşlıçay ilçəsinin kəndləri və etnik tərkibi No: Kəndlərin adı 2011Türkiye İstatistik Kurumu :Adrese dayalı nüfus kayıt sistemi - 2011 veri tabanı: Ağrı ili - ilçe, şehir ve köy nüfusları.. r.t., əhali Milli çoxluq Milli azlıq1.Alaqoçlu846100% kürd...2.Araz203100% kürd...3.Aşağıdumanlı1,229100% kürd...3.Aşağıdüzmeydan482100% kürd...4.Aşağıəsən451100% kürd...5.Aşağıtoxlu43450% azərbaycanlı50% kürd6.Balçiçək154100% kürd...7.Bayıraltı536100% kürd...8.Bayramyazı540kürd3-5 ailə azərbaycanlı9.Boyuncaq79100% kürd...10.Çöğürlü747kürd3-5 ailə azərbaycanlı11.Çökelgə472100% kürd...12.Diləkyazı256100% kürd...13.Düzgörən654100% kürd...14.Keçidverən60295% azərbaycanlı5% kürd15.Gözucu598100% kürd...16.Gündoğdu104100% kürd...17.Güneysöyüd172100% kürd...18.İkiyamac294100%Terekeme Karapapak Köyleri Kültür ve Sanat Derneği :İLLERİMİZDEKİ TEREKEME KÖYLERİ azərbaycanlı...19.Kağnılı177100% kürd...20.Qaragöz154100% kürd...21.Qumlubucaq42150% azərbaycanlı50% kürd22.Qumluca1,619100% kürd...23.Samanyolu105100% kürd...24.Tanrıverdi199100% kürd...25.Tanyolu725100% kürd...26.Daştəkər356100% kürd...27.Yanalyol202100% kürd...28.Yanqaya21100% kürd...29.Yardımçılar804100% kürd...30.Yassıqaya197100% azərbaycanlı...31.Yeltəpə577100% kürd...32.Yuxarıdumanlı312100% kürd...33.Yuxarıdüzmeydan865100% kürd...34.Yuxarıəsən479100% kürd...35.Yuxarıdaşlıçay200100% azərbaycanlı...36.Yuxarıtoxlu184100% azərbaycanlı...

Xarici keçidlər Taşlıçay Haberleri :Taslicaynet.com Taşlıçay Belediyesi :taslicay.bel.tr T.C. Taşlıçay Kaymakamlığı :taslicay.gov.tr T.C. Yerel Yönetimler Portalı :Ağrı ili, Taşlıçay ilçesi T.C. Milli Eğitim Bakanlığı :Taşlıçay İlçe Milli Eğitim Müdürlüğü Taşlıçay İlçe Jandarma Komutanlığı :taslicay.gov.tr/ijk

İstinadlar

Həmçinin bax

Kateqoriya:Ağrı ilinin ilçələri