Lorens Yakovleviç Kun (, ) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Milli azlıqlar fraksiyasının sədri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.
Həyatı Lorens Kun 1884-cü ildə əslən almanların yaşadığı Yelenendorf şəhərində anadan olmuşdur. 1915-ci ildən neft sənayeçisi Benkendorfun yanında sahə müdiri olaraq fəaliyyət göstərib.
1920-ci illərdə o, Gəncə rayonunda mühəndis kimi çalışmışdır. Gəncə Rayonu "Konkordiya" Üzümçü və Şərabçıların İstehsal Kooperativinin İdarə Heyətinin üzvü idi. Onun vəzifələrinə texniki hissənin idarə edilməsi, ofis işləri və mədəni-maarif işləri daxil idi.
Repressiya Lorens Kun KQB tərəfindən "Konkordiya işi" səbəbilə 1925-ci ildə əvvəlcə 8 il müddətinə həbs olunur.Государственный Архив новейшей истории Азербайджанской Республики (Баку), Институт германских и восточноевропейских исследований, Гёттинген (Германия). Конкордия. Производственный кооператив виноградарей и виноделов Гянджинского района. — Одесса, 2001. — С. 71–73. 5 ildən sonra isə azad olunur. 1930-cu ildə Gürcüstan şirkəti "Qruzneft"də baş mühəndis daxil olmaqla fərqli vəzifələrdə çalışır. 1933–1934-cü illərdə Gürcüstanda Mirzəan sahəsinin baş mühəndisi olaraq çalışmışdır.
Lorens Kun 18 fevral 1938-ci ildə yenidən həbs olundu və 5 il həbs cəzasına məhkum edildi. 18 fevral 1940-cı ildə SSRİ Daxili İşlər Komissarlığı Şimali Ural İTL rəhbərinin qərarı ilə Kaganoviç adına Tavda Dəmiryolu Stansiyaya köçürüldü. 1942-ci ildə Uxtada vəfat etdi.
Siyasi fəaliyyəti Yelenendorfda işlədikdən sonra yerli Alman komitəsinə üzv seçilmişdir.
10 dekabr 1918-ci ildə Alman Milli Şurası sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş, sənədləri 15 dekabr tarixində təsdiqlənmişdir. O, parlamentdə Milli azlıqlar fraksiyasının üzvü və sədri olmuşdur.Государственный исторический архив Азербайджанской Республики, Государственный архив Азербайджанской Республики, Институт германских и восточноевропейских исследований, Гёттинген (Германия). Еленендорф в Азербайджане. — Одесса, 2001. — С. 116.
Parlamentin 10 dekabr 1918 tarixli sayca 2-ci iclasında Lorens Kun azərbaycanlılar və almanlar arasındakı 100 illik dostluq haqqında belə çıxış etmişdir.Рауф А. ГУСЕЙН-ЗАДЕ Немцы Азербайджана : журнал. — IRS Наследие, 2007. — № 25. — ISSN1992–4836.
Ailəsi Xanımı Lina Forer — (d.1898) "Forer qardaşları" Səhmdar Cəmiyyətinin qurucularından olan Henrix Forerin qızı Oğlu: Alfred Kun — (d. 1925) Qızı: Gertruda Kun — (d. 1917) Qardaşları: Robert Kun, Samuil Kun (d. 1870), İmmanuel Kun (d. 1881)
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan almanları Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Həbsdə ölən şəxslər