Məzmun Kino əsərinin mərkəzində Səidə adlı (Xuraman Qasımova) gənc qızın taleyi durur. Burada İkinci Dünya müharibəsi illərində kənddə adamları bir-birinə bağlayan dostluq əhval-ruhiyyəsi, əzizləri cəbhədə həlak olan ailələrin dərdinə həmyerlilərin şərik çıxmaları, ümumi işin xeyrinə gecə-gündüz işləməyə hazır olmaları əks etdirilmişdir.

Film haqqında Birinci çəkiliş günündə faciəli hadisə baş verdi. Lənkəranın Port İliç (Liman) qəsəbəsində filmin ilk epizodunu çəkən zaman pirotexnik partlayış effektini yaratmaq üçün işə başlayır. Lakin texniki səhv ucbatından əsl partlayış baş verir. Nəticədə dörd nəfər – fotoqraf, iki assistent, rejissor Ramiz Əsgərov həlak olur. Beş nəfər isə yaralanır. Yaralılar arasında çəkiləcək filmin operatoru Rasim Ocaqov, aktyor Ələddin Abbasov da var idi. Sonradan Ağarza Quliyev, Tofiq Tağızadə filmi başqa quruluşda çəkmişlər. Film yazıçı Bayram Bayramovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.

Festivallar və mükafatlar 1)1969-cu ildə Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının III zona kinofestivalı Qadın rolunun ən yaxşı ifasına görə aktrisa Xuraman Qasımovaya Diplom verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi : Bayram Bayramov, İqor Strekov, Ağarza Quliyev Quruluşçu rejissor : Tofiq Tağızadə, Ağarza Quliyev, Ramiz Əsgərov Quruluşçu operator : Aleksey Polkanov Quruluşçu rəssam : Kamil Nəcəfzadə Bəstəkar : Fikrət Əmirov Səs operatoru : İqor Popov Geyim rəssamı : Fikrət Bağırov Rejissor : Nəsir Sadıqzadə Quraşdırılmış səhnələrin operatoru : Mirzə Mustafayev, A. Şatunovski Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev Rejissor assistenti : Adil İsmayılov, A. Əliyev Operator assistenti : Valeri Kərimov, Ziya Babayev (Z. Babayev kimi), V. İvaşşenko Rəssam assistenti : Ə. Musayev, M. Səfərəliyeva Qrim rəssamı : V. Bereznyakov Montaj edən : A. Filimonova Redaktor : Ədhəm Qulubəyov Filmin direktoru : Əli Məmmədov Çalır : Azərbaycan Radio və Televiziyasının Kamera Orkestri Dirijor : Nazim Rzayev Fotoqraf-rəssam : Pərviz Quliyev

Rollarda Xuraman Qasımova — Səidə İsmayıl Osmanlı — Şərif Şahmar Ələkbərov — Məzahir Eldar Əliyev — Çingiz Sadıq Hüseynov — Qurban Ələddin Abbasov — İmran Rza Əfqanlı — Həmid Sədayə Mustafayeva — Gözəl Ağahüseyn Cavadov — Zeynalov Ələkbər Seyfi — hesabdar Məmməd Bürcəliyev — əsgər A. Məmmədov M. Sərkərov Almaz Əsgərova - Elmira Yusif Yulduz — şikayətçi Ağarza Quliyev — Rəhim baba Kima Məmmədova — Qönçə Asif Əliyev — Arif Arzu Hüseynov - Qurbanın oğlu İsmayıl İsayev - İşçi Məcid Abdullayev - Kənd sakini Əli Xəlilov - Kənd sakini Məmməd Cəfərov (aktyor) - Kənd sakini Əli Mənsur - Kənd sakini

Filmi səsləndirənlər Əminə Yusifqızı — Səidə (Xuraman Qasımova) (titrlərdə yoxdur) Ramiz Məlikov — əsgər (titrlərdə yoxdur) Əli Zeynalov — İmran (Ələddin Abbasov) (titrlərdə yoxdur) Yusif Vəliyev — Həmid (Rza Əfqanlı); Rəhim baba (Ağarza Quliyev) (titrlərdə yoxdur) Həsənağa Turabov — Çingiz (Eldar Əliyev) (titrlərdə yoxdur) Bahadur Əliyev — Şikayətçi (Yusif Yulduz);Şərifin rəisi (titrlərdə yoxdur) Ətayə Əliyeva — Gözəl xala (Sədayə Mustafayeva) (titrlərdə yoxdur) Hökümə Qasımova — Makinaçı qadın (Marqarita Şamxoryan);şikayətçi qadın (titrlərdə yoxdur) Həsən Əbluc - Arif (Asif Əliyev)(titrlərdə yoxdur) Sofa Bəsirzadə - Qönçə (Kima Məmmədova);kənd sakini (titrlərdə yoxdur) Süleyman Ələsgərov - əsgər (Məmməd Bürcəliyev)(titrlərdə yoxdur)

İstinadlar

Mənbə Ələsgərov, Ə. "Səidənin taleyi" [Bayram Bayramovun "Mən ki gözəl deyildim" povestinin ekranlaşdırılması] //Kommunist.- 1969.- 8 may. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222; 414. R. Heydər. Azərbaycan bədii ədəbiyyatı və kino sənətinin qarşılıqlı əlaqələri problemləri. Bakı, 1997, səh. 186. M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 141; 155–156.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1968-ci ilin filmləri Kateqoriya:Tofiq Tağızadənin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:1968-ci ilin SSRİ filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər