Deewana (Devnagari: दीवाना, mənası: Dəlisov məhəbbət) 1992-ci ildə istehsal olunan Bollivud filmidir. Filmin rejissoru Rac Kanvardır. Filmə Quddu Danoa və Lalit Kapur prodüserlik etmişdir. Baş rollarda Rişi Kapur, Şahrux Xan və mərhum aktrisa Divya Bharti yer almışdır. Bu film həmçinin Şahrux Xanın ilk rol aldığı filmdir. Şahrux Xan bu filmə görə "Ən yaxşı debüt" mükafatını almışdır.

Rollarda Aktyor / Aktrisa RoluŞahrux Xan Raca SahayRişi Kapur RaviDivya Bharti KacalAmriş Puri Dxirendra PratapMoniş Beil Narender — Dxirendranın oğluAlok Nat Cənab ŞarmaSuşma Seth Ravinin anasıDalip Tahil Ramakant Sahay — Racın atası

Resepsiyon Deewana 1992-ci ilin ən yüksək gəlir gətirən ikinci filmi oldu. Film Hindistanda kassalardan 140 milyon məbləğində gəlir gətirmişdir və Box Office Hindistan tərəfindən 'Hit' elan olundu.

Musiqi

Musiqilərin müəllifi Nadim-Şirəvan cütlüyüdür. Onlar bu filmlə üçüncü dəfə olaraq Filmfare mükafatına layiq görülüblər. Bu filmin müsiqiləri ictimaiyyət və tənqidçilər tərəfindən daha çox bəyənildi. Şahrux Xanın bu filmdə və karyerasındakı debüt musiqisi "Koi Na Koi Chahiye" treki olmuşdur. # Ad Müğənni Uzunluq 1. "Aisi Deewangi" Vinod Rathod, Alka Yaqnik 06:59 2. "Sochenge Tumhe Pyar" Kumar Sanu 06:03 3. "Teri Umeed Tera Intezar" Kumar Sanu, Sadna Sarqam 06:19 4. "Payaliya" Kumar Sanu, Alka Yagnik 07:57 5. "Tere Dard Se Dil" Kumar Sanu 04:51 6. "Teri Isi Ada Pe Sanam" Kumar Sanu, Sadna Sarqam 05:12 7. "Koi Na Koi Chahiye" Vinod Rathod 06:23 8. "Teri Umeed Tera Intezar (I)" Kumar Sanu, Sadna Sarqam 02:13

Mükafatlar Ən Yaxşı Debüt — Şahrux Xan Ən Yaxşı Musiqi Müəllifi — Nadim-Şirəvan Ən Yaxşı Kişi Müğənni — Kumar Sanu "Sochenge Tumhe" musiqisində Ən Yaxşı Musiqi Sözləri — Samir "Teri Umeed Tera Inteza" musiqisində Ən Gözəl Üz — Divya Bxarti

İstinadlar

Həmçinin bax Hindistan filmlərinin siyahısı

Xarici keçidlər Filmi izlə (azərbaycan dilində) Dəlisov məhəbbət IMDB səhifəsi

Kateqoriya:Hindistan filmləri Kateqoriya:Hindcə filmlər Kateqoriya:1992-ci ilin filmləri Kateqoriya:Mumbay haqqında filmlər Kateqoriya:Hindistandakı sosial problemlərdən bəhs edən filmlər Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:Digər dillərdə yenidən çəkilmiş hind filmləri Kateqoriya:Hindistanın romantik dram filmləri Kateqoriya:Mumbayda çəkilmiş filmlər Kateqoriya:Hindistanın döyüş filmləri Kateqoriya:Hindistanın komediya filmləri Kateqoriya:Romantik filmlər Kateqoriya:Stalkinq haqqında filmlər