Aydın Əli oğlu Əliyev () — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri (2006–2018), gömrük xidməti general-polkovniki.

Həyatı Aydın Əliyev 28 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlamışdır. 1980–1992-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Azərbaycan Respublikasının Ali Məhkəməsində şöbə rəisi vəzifələrində çalışmışdır.

1992–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, Baş İdarə rəisi vəzifələrində çalışmışdır.

1999-cu ilin fevral ayından 2006-cı ilin 6 fevralına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini vəzifəsində çalışmışdır.

6 fevral 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışır.

27 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilmişdir.

23 aprel 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəsindən azad edilib.

Ailəsi Ailəlidir, 2 övladı var.

Oglu Elnur Əliyev hazırda İqtisadiyyat nazirinin 1ci müavinidir.

Mükafatları 25 may 2017-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:General-polkovniklər Kateqoriya:Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri Kateqoriya:Azərbaycan hakimləri