Divya Bharti (hindi: दिव्या भारती, tulu dili: దివ్య భారతి, 25 fevral 1974 Maharaştra, Mumbay - 5 aprel 1993 eyni yerdə) — tanınmış hind aktrisasıdır. Divyanın bir çox rolları onu 'öz nəslinin ən maraqlı gənc aktrisası'na çevirir. Filmlər təkcə hind dilində yox həmçinin tamil və teluqu dillərində də çəkilmişdir. Bharti aktrisa kimi karyerasına 1990-cı ildə teluqu dilində çəkilmiş Bobbili Raja filmi ilə başlamışdır. Erkən yaşında filmlərə çəkilməsinə baxmayaraq, Divya "Saat Samundar Paar" (Vishwatma filmində) musiqisindəki performansı ilə diqqəti öz üzərinə cəlb etməyi bacardı. Bharti 1992-93 illər arasında 14-dən çox filmdə iştirak etmişdir. O həyatının sonlarına yaxın bir çox problemlər yaşamışdır. Divya Bhartinin karyerası 5 aprel 1993-cü il tarixində müəmmalı ölümü başa çatıb. Divyanın ölüm səbəbi onun beş mərtəbəli mənzilində pəncərədən qəflətən düşməsi olaraq göstərilir.
Həyatı Divya Bharti 25 fevral 1974-cü ildə Hindistanın Mumbay şəhərində anadan olmuşdur. Onun özündən balaca Kunal adlı qardaşı var. Divya Mumbayın qərbindəki Cuhu vilayətində yerləşən Maneckji Cooper məktəbində ali təhsil alıb. Elə həmin dövrdə də Fərhan Axtar və Rani Mukherci bu məktəbdə təhsil alıb.
Filmoqrafiya İl Film Filmin orijinal adı Rolu Dil Qeydlər1990 Bobbili Raca (1990) Bobbili Raja Heroine Teluqu1990 Mavi yol (1990) Nila Penne Tamil 1991 Naa Ille Naa Swargam (1991) Naa Ille Naa Swargam Teluqu 1992 Xuliqan Alludu (1992) Rowdy Alludu Teluqu 1992 Dini baxışlar (1992) Dharma Kshetram Balakrişna Teluqu
Kateqoriya:1974-cü ildə doğulanlar Kateqoriya:Hindistan aktrisaları Kateqoriya:Hindistanda doğulanlar Kateqoriya:Hindistanda vəfat edənlər Kateqoriya:XX əsr aktrisaları