thumb|right|300px|Hərəkət cədvəli Nom şəhərinə zərdab çatdırılması () — 1925-ci ildə Alyaskanın Nom şəhərində insanlar arasında difteriya xəstəliyi yayılmışdır. Difteriyaya qarşı yeganə mübarizə üsulu difteriya əleyhinə olan zərdablar idi. Nomun mərkəzi xəstəxanasında şəhərdə olan bütün sakinlərə yetəcək qədər zərdab yox idi. Ən qısa zamanda faciəvi vəziyyət teleqraf yolu ilə ABŞ-nin digər 49 ştatının bütün şəhərlərinə göndərilir. Ankoric şəhərinin mərkəzi xəstəxanasında bir neçə bağlama zərdab aşkarlanır. Ancaq havanın -40 dərəcə civarında olması zərdabın təyyarələrlə göndərilməsini mümkünsüz edirdi. Zərdabın Nom şəhərinə ən qısa zamanda catdırılması üçün it xizəklərindən istifadə edilmişdir. 20 xizəkçi və 150 xüsusi təlim görmüş it 674 mil (1.085 km) məsafəni keçərək 5 gün ərzində zərdabı Nom şəhərinə çatdırmışdılar. Nom şəhərinə zərdab çatdırılması hərəkatı dövrünün bütün ABŞ qəzet və radiolarında işıqlandırılmış və bu hadisə uzun müddət Amerika gündəmində qalmışdır.

İştirakçılar + Başlandı Xizəkçi Məntəqə Məsafə27 yanvarVəhşi Bill ŞanonNenana - Tolovana52 mil (84 km)28 yanvarEdqar KallandsTolovana - Manley Hot Springs31 mil (54 km)Den QrinMenli Hot Springs - Fiş Leyk28 mil (45 km)Conni FolqerFiş Leyk - Tanana26 mil (42 km)29 yanvarSem YozefTanana - Kallands34 mil (55 km)Titus NikolaiKallands - Nayn Mil Kabin24 mil (39 km)Den KarniqNayn Mil Kabin - Kokrayns 30 mil (48 km)Harri PitkaKokrayns - Rubi 30 mil (48 km)Bil MakkartiRubi - Viski Krik28 mil (45 km)Edqar NollanerViski Krik - Qalena24 mil (39 km)30 yanvarCorc NollanerQalena - Bişop Mauntin18 mil (29 km)Karl EvansBişop Mauntin - Nulato30 mil (48 km)Tomi PatsiNulato - Kaltak36 mil (58 km)CekskrouKaltak - Old Vumen Şelter40 mil (64 km)Victor AnagickOld Vumen Şelter - Unalaklet 34 mil 55 (km)31 yanvarMyles GonangnanUnalaket - Şahtolik40 mil (64 km)Henri İvanohŞahtolikin ətraf əraziləri0 mil (0 km)Leonard SeppalaŞahtolikin ətraf əraziləri - Qolvin91 mil (146 km)1 fevralKarl OlsonQolovin - Bluf25 mil (40 km)Quner KarsenBluf - Nom53 mil (85 km)

Kateqoriya:Alyaska Kateqoriya:1925-ci ildəki hadisələr Kateqoriya:İt xizəkçiliyi