Əfşarlar — 24 oğuz boyundan biri.Encyclopædia Iranica. Məqalə: AFŠĀR Tarixi əfşarlar ,Britannika Ensiklopediyası. Məqalə "Iran", bölmə: The Afghan interlude : Encyclopædia Iranica. Məqalə: NĀDER SHAH : "From multilingual empire to contested modern state", Touraj Atabaki, "Iran in the 21st Century: Politics, Economics & Conflict", ed. Homa Katouzian, Hossein Shahidi, (Routledge, 2008), 41.Michael Axworthy’s biography of Nader, The Sword of Persia (I.B. Tauris, 2006), pp. 17–19: müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir.Richard V. Weekes. Muslim peoples: a world ethnographic survey. AZERI. — Greenwood Press, 1978 — p. 56 — ISBN 9780837198804Российский этнографический музей. Афшары .Большая советская энциклопедия. Третье издание. В 30 томах. Главный редактор: А. М. Прохоров. Том 1: А — Ангоб. Москва: Государственное научное издательство "Большая Советская Энциклопедия", 1969, стр. 278. Oğuz türkləri olan əfşarlar Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda müxtəlif qruplar halında yaşamaqdadırlar.

Bu boyun adı Qaşqarlı Mahmud (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsrin əvvəlləri) yazılarında Əfşar, Rəşidəddin (XIV əsrin əvvəlləri) ilə ona istinad edən Yazıcıoğlu (XV əsr) və Əbülqazi (XVII əsr) əsərlərində Avşar deyə keçməkdədir. Monqol işğallarından əvvəlki əsərlərdə QAşqarlı Mahmud və Fəxrəddin Mübarəkşahın yazılarına uyğun olaraq Əfşar deyə keçməkdədir. XIV-XVII əsrlərdə Anadoluda daha çox Avşar ifadəsi məşhur olsa da, Səfəvi coğrafiyasında sadəcə Əfşar deyə anılmaqdadırlar. Hazırda İranda bu boya aid kəndlərdə və ya obalarda yaşayanlar özlərini hələ də bu şəkildə adlandırmaqdadırlar. Qaşqarlı və Rəşidəddin digər Oğuz boyları kimi əfşarların da damğalarını vermişdir. Bundan başqa, Rəşidəddin Əfşar boyunun özlərinə ən yaxın olan digər üç boy (Qızık, Bəydili və Qarqın) ilə ortaq olan totemlərinin yırtıcı quş, toy ülüşlerinin (qoyunun yemələri üçün onlara törə gərəyi verilən qismi) qoyunun sağ hissəsi olduğunu bildirmişdir. Eyni müəllif boyun adının mənasının "çevik, ova maraqlı" olduğunu bildirmişdir. thumb|295x295px|Əfşar bayrağı

Əfşar boyu Oğuz Xaqan dastanına görə oğuzların 24 boyundan biri və Qaşqarlı Mahmuda görə "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki oğuz bölümündən altıncısıdır. Bu boy Boz oğuzları qolundan (sağ qolundan), Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir.

Əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuzeli deyilən Sırdərya bölgəsində yaşamışdılar. Böyük köç ilə Xuzistan, Xorasan yolu ilə, bir qismi isə İraq, Suriya yolu ilə Anadoluya gəlmişdilər və İrana, İraq Suriyasına, Əfqanıstana və Azərbaycana da yayılmışlar. Əfşarlar Oğuzun digər nəvələri Kınıklar və Sürüşülər kimi dövlət qurmuş, böyük hökmdarlar və sülalələr yetişdirmişlər. Türklük şuurları olduqca güclü bir boydur.

XI əsrdə Səlcuq fəthləri zamanı onlar Mərkəzi Asiyadan Orta Şərqə miqrasiya etmişdirlər. Onlar qızılbaş tayfalarından biri olmuş və Səfəvi sülaləsinə imperiya qurmaqda yardım etmişdilər. Həmçinin Səfəvi sülaləsinin devrilməsindən sonra yeni hakim sülalənin əsasını qoyan Nadir şah da Əfşar boyunun Qırxlı tirəsindən idi. Azərbaycan da (həm cənubi, həm də şimali), Türkiyədə, İranda və Əfqanıstanda hələ də yaşamaqdadırlar. İranda yaşayan əfşarlar hələ də böyük ölçüdə köçəri həyat tərzi sürürlər.

thumb|right|250px|Nadir Şahın məzarı və türbəsi, Məşhəd şəhəri Karamanoğulları bəyliyi Əfşar boyunun Qaramanlı, Germiyanoğulları bəyliyi Germiyanlı, Kozanoğlu bəyliyi, Aydınoğulları bəyliyi Germiyanoğulları bəyliyindən sonradan ayrılan bir bəylik olduğundan Əfşar ola biləcəyi düşünülür. Həmçinin Bakı xanlığı, Zəncan xanlığı, Xalxal xanlığı və Urmiya xanlığının da qurucuları və hakim sülalələri əfşarlardandırlar. Bundan başqa, Qarabağ xanlığının hakimləri olan Cavanşirlər də Əfşar boyundandırlar.

İran və Osmanlı tarixində üzərində əhəmiyyətli rol oynamış əfşarlar XII əsrdə Anadoluya köç etmişdilər.

Səfəvilər dövründə Fars və Xuzistandaki əfşar oymaqlarından bir qisiminin Azərbaycana, xüsusilə Urmiyaya gəlib yerləşdikləri təxmin edilməkdədir. Əfşarlar Səfəvi dövlətini quran 7 türk qəbiləsindən biridir. Xorasandaki Afşarların Qırxlı oymağına bağlı Nadir şahın Azərbaycan tarixində çox əhəmiyyətli iştirakı olmuşdur.

Əfşar xanədanlığı Nadir şah öldürüldükdən sonra müəyyən zamanda qarışıqlıqlar içində yox olmuşdur.

Türklərin tarixi coğrafiyasında bir çox yerlər əfşar adını daşımaqdadır. Məşhur bir soyad olaraq günümüzə qədər gəlmişdir. Balkanlarda da Əfşar boyuna mənsub insanlar yaşamaqdadır.

Türkiyədə Kayseridə, Adanada, Kahramanmaraşda, Yozgatda, Konyada, Ankarada, Hatayda, Qaziantepdə, Sivasda, Malatyada, Balıkəsirdə, Aydında, İspartada, Manisada və s. əfşarlar yaşayır. Hər il Kayseridə Dadaloğlu (Əfşar) Şənlikləri təşkil olunur. Əfşarlar qurultayı keçirilir.

Hazırda əfşarların böyük bir hissəsi azərbaycanlıların,, türkmənlərin və ya türkmanların (Oğuz türklərinə verilən ümumi ad) tərkibinə daxil olmuş, onların bir qolunu təşkil etmişdirlər.

Rəşidəddin Həmədaninin bildirdiyinə görə, boyun adı onun qurucusu olan və Oğuz xanın oğlu Ulduz xanın oğlunun adından gəlməkdədir. Əfşar sözünün mənası "mülayim", "ılımlı", "yolagedən" anlamlarına gəlməkdədir.

Tarixləri Oğuzların İslamdan əvvəlki tarixlərinə dair rəvayətlərdə Əfşar boyu ilə bağlı hər hansısa hadisədən və ya bu boya mənsub bəylərdən bəhs edilməmişdir. Lakin İslamdan öncəki dövrdə hökmdar sülaləsi çıxarmış beş boydan biririnin də Əfşar olduğu qeyd edilir (digər boylar Qayı, Eymir, Yazır və Bəydili). Səlcuqlu sülaləsinin böyük siaysi uğurları və Qarakitayların Türküstanda hakimiyyət qurmaları, Oğuz boylarından xeyli insanın Seyhun sahillərindəki yurdlarından, hətta Manqışlaq və Balxaş bölgələrindən köçüb Orta və Yaxın Şərq bölgələrinə gəlmələrinə səbəb oldu. Gələn 24 Oğuz boyundan az bir hissəsi tarixdə silinməz iz buraxmışdır ki, bunlardan biri də əfşarlardır.

Əfşar tayfasının adının ilk dəfə çəkilməsinə Mahmud Qaşqarlının Divanü Lüğat-it-Türk əsərində rast gəlmək mümkündür. Bu əsər 1075-ci ildə yazılmışdır. Qaşqarlı bu tayfanın adını 22 Oğuz tayfası arasında 6-cı sırada yerləşdirmiş və bildirmişdir ki, bu adı onları qədim dövrdə yaratmış olan əcdadları vermişdir.

XI əsrdə ilk Əfşar döyüşçüləri Məvaraünnəhrdən İran coğrafiyasına və Anadoluya daxil oldu. Əfşar tayfasının çox üzvü isə bu bölgəyə XIII əsrin ikinci yarısında, yəni bölgə Hülakü xanın yürüşünə məruz qalarkən daxil oldu. Bu tarixdən sonra müəyyən müddətə qədər bu tayfanın adını ayrıca olaraq qaynaqlarda izləmək mümkün deyil, çünki tayfa ümumi Türkman adı altında adlandırılmaqdadır. Bundan əlavə, görünən odur ki, müxtəlif türkmən ünsürləri müxtəlif yenidən qruplaşma proseslərinə məruz qalmışlar, belə ki, yeni “tayfalar” yarananda yalnız bəziləri “Əfşar” kimi ənənəvi Oğuz tayfa adlarını qoruyub saxlaya bilmişdir.

Georg Stöber izah edir ki, o dövrün siyasi mühitində (inşa edilmiş) şəcərələrlə dəstəklənən müxtəlif qrupların sıralanması getdikcə daha çox əhəmiyyət kəsb edirdi. Rəşidəddin Həmədani (ö. 1318) inanırdı ki, tayfanın əcdadı Əfşar adlı və əfsanəvi qəhrəman Oğuz xanın soyundan gələn şəxsdir. Həmçinin Əfşar tayfasının Oğuz ordusunda sağ cinahda yer aldığını, yəni boz oxlara məxsus olduqları da bildirilirdi.

XII əsrdə Əfşar tayfasından iki şəxs - ata və oğul - müasir İranın cənub-qərbində yerləşən Xuzistan vilayətini 40 il boyunca idarə etmişdilər. Tarsus bölgəsinin orta hissəsində hakimiyyətdə olan Qaramanilər sülaləsinin da Əfşar soyundan gəldiyi güman edilir. Əfşarlardan olan köçərilər Sivas ətrafında da yaşamış və Ağqoyunlu tayfa konfederasiyasına da daxil olmuşdurlar.

Səfəvi imperiyasının yaradılması ərəfəsində bir çox Əfşar şərqə doğru köç etməyə başladı və əsas Qızılbaş tayfalarından biri kimi imperiyanın yaradılmasında yaxından iştirak etdi. Yerdə qalan əfşarlar isə o dönəm də Osmanlı torpağı olan Anadoluda qaldılar. Onlar Osmanlı mülklərində ayrıca qrup kimliyi daşımaqda idilər. XIX əsrdə qışda Suriyaya, yayda Anadoluya köç edən Çukurovadakı köçərilər bölgədəki Osmanlı valisi Dərviş paşa tərəfindən Göksun və Kayseri ətrafında məcburi oturaqlaşdırıldı. Hətta XX əsrin ortalarında belə bu adı çəkilən bölgələrdə Əfşar kökənli kəndliləri tapmaq mümkün idi.

Əfşarların XV-XVI əsrlərdə şərqə doğru köç etmələrinin səbəbi Səfəvi imperiyasının qurulması ilə bağlı idi. Qızılbaş tayfalarından biri kimi Əfşar tayfası Şah İsmayıl Xətainin ordusuna qatılmışdılar. Georg Stöber bu hadisələrdə iştirak edən əfşarları XI əsrdəki əfşarların birbaşa varisləri hesab etməyin mümkünsüz olmasını iddia edir və buna səbəb kimi keçən əsrlər ərzində tayfaların tərkibinin çox dəyişməsini göstərir.

Monqol işğallarından sonrakı dövrlərdə əfşarlar XVI əsrə aid Osmanlı sənədlərində Əfşar boyuna aid çox sayıda yer adları görülməkdədir və bu. yer adları ilə Əfşar boyu Qayı boyundan sonra ikinci yerdə gəlməkdədir. Tarixçi Faruk Sümerə görə, bu, əfşarların eyni qayılar və qınıqlar kimi Anadolunun türkləşdirilməsində mühüm rola malik olmasının göstəricisidir. Osmanlı dönəmi tarixçilərindən Yazıcıoğluna görə, Qaramanlı boyu da Əfşar boyundandır. Monqol hakimiyyətinin tədricən Anadoluya yayılmasından sonra Anadoludan Suriyaya 40 min çadır türkman köç etmişdi. Bu türkmanlar müasir Suriyanın şimalında üstünlük əldə etmiş, bir çox hadisələrə yön vermişlərdir. Uzun illər keçməsinə və köçlərə baxmayaraq, buradakı türkman boyları xeyli müddət boz ox və üç ox kimi ənənəvi türkman el təşkilatlanmasını da qoruyub saxlamışdırlar. Hələb, Antep və Antakya civarlarında yaşayan bu türkmanların boz ox hissəsini təşkil edən əsas tayfa Əfşar boyu idi. Türkiyədəki, İrandakı və Azərbaycandakı əfşarların hamısı (qərbi və orta Anadoludakı bəzi Əfşar obaları istisna olmaqla) bu ana qoldan ayrılmışdırlar. Şimali Suriya əfşarları başlıca olaraq üç ailə tərəfindən idarə edilmişdirlər - Köpək oğulları, Gündüz oğulları və Qutbəyi oğulları. BU ailələrdən Köpəyoğullarının Antep bölgəsində, Gündüzoğullarının Amik ovasında, Qutbəyioğullarının da Hələb bölgəsində yaşadıqları bilinməkdədir. Azərbaycan və İran əfşarları Bu bölgədəki əfşarlar daima qaynaqlarda. Əfşar yazılışı ilə anılmaqdadırlar. Daha XII əsrdə İranın Xuzistan əyalətində Arslan oğlu Yaqub, Sümlə və oğulları rəhbərliyində əfşarların bir bəylik qurduqları daha əvvəl də görülmüşdü. Bundan sonra, XV əsrin sonlarına doğru bu ölkədə yenidən əfşarlara rast gəlindi. Faruk Sümer bu əfşarları Ağqoyunluların fəthi nəticəsində Anadoludan gəlmiş əfşarlar olaraq təqdim edir. 1501-ci ildə Səfəvi imperiyasının quruluşundan sonra da İrana və Azərbaycana yeni Əfşar oymaqları gəldilər. Bu əfşarlar imperiyanın fərqli yerlərində yaşamaqda və ayrı-ayrı ailələrin hakimiyyəti altında olmaqda idilər. Sümer bunu onların dövlətə ayrı-ayrı zamanlarda köç etmələri ilə əlaqələndirir.

Ağqoyunlu və Səfəvi dövrü