Qızıltorpaq (əvvəlki adı: Dikdaş) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Qaraməmmədli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qaraməmmədli kənd inzibati ərazi dairəsi tərkibindəki Dikdaş kəndi Qızıltorpaq kəndi adlandırılmışdır.

Toponimikası Kəndin əhalisinin Qazax rayonunun Dağ Kəsəmən kəndindən və Ağstafa rayonundan gəlib burada məskunlaşması haqqında məlumat var. Kənd öz adını ərazidəki eyniadlı dağdan almış və Dikdaş adlandırılmışdır. 25 oktyabr 2011-ci ildən kəndin Qızıltorpaq kimi təsdiq olunmuşdur.

Coğrafiyası və iqlimi Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 510 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Gədəbəy rayonunun kəndləri