Əzim Əzimzadənin ev-muzeyi — 1968-ci ildə Bakıda yaradılmışdır. Muzey Dilarə Əliyeva küçəsi 157 ünvanında yerləşir. Əzim Əzimzadənin Ev-Muzeyi fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. 1968-ci ildə fəaliyyətə başlayan mədəniyyət ocağı Bakıda rəssamlıq üzrə ilk ev-muzeylərdən biridir. 2019-cu ildə Azərbaycan milli rəngkarlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin Bakı şəhərindəki xatirə muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfindən aparılmış təmir işlərindən sonra açılış mərasimi keçirilmişdir.

Muzeyin eksponatları Muzeyin fondunda rəssamın 2117 eksponatı qorunub saxlanılır. Ə. Əzimzadə ev-muzeyinin ekspozisiyası 6 otaqdan ibarətdir. Burada rəssamın 4 üslubda çəkdiyi əsərlər nümayiş etdirilir: 1. Karikaturalar 2. Portretlər 3. Ornamentlər 4. Mənzərə

Rəssamın digər muzeylərdəki eksponatları Ə. Əzimzadənin R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyində 232 əsəri, 3 albomu vardır. C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində isə rəssama aid 499 ədəd eksponat saxlanılır. Muzeyi rəssamın çəkdiyi "Füzulinin portreti", "Cəlaləddin Ruminin portreti", "Qaçqınlar günü", "Tut ağacı", "Nəsiminin edamı", "Votan", "Qurban bayramı" və. s. rəsmləri bəzəyir.

Həmçinin bax Əzim Əzimzadə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi Əzim Əzimzadə (film, 1967)

Xarici keçidlər

İstinadlar

Kateqoriya:Bakı muzeyləri Kateqoriya:Əzim Əzimzadə Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:Azərbaycandakı bioqrafik muzeylər Kateqoriya:Azərbaycandakı ev-muzeylər Kateqoriya:1968-ci ildə yaradılmış muzeylər