Aspaziya ya da Miletli Aspaziya (; ) — Afinalı dövlət xadimi Perikllə olan əlaqəsi ilə tanınmış Miletli qadın.S. Monoson, Plato's Democratic Entanglements, 195 Həyatı haqqında çox az məlumat vardır. Yetkinlik dövrünün böyük hissəsini Afinada yaşayan Aspaziyanın, Periklə və Afina siyasətinə təsir etməsi mümkündür. Platon, Aristofan, Ksenofont ilə birlikdə dövrün digər yazıçılarının əsərlərində ondan bəhs edilmişdir.
Antik yazıçılar Aspaziyanın eyni vaxtda bir fahişəxana işlətdiyini və fahişə olduğunu da yazmışlar. Ancaq bu məlumatların, Perikli alçaltmağa çalışan komik yazıçılar tərəfindən irəli sürüldüyünü söyləyən müasir tarixçilər tərəfindən mübahisəli məsələ kimi təqdim edilir.R.W. Wallace, Review of Henry's book Hətta, bəzi tədqiqatçılar Aspaziyanın hetera ya da fahişə olduğu haqqındakı tarixi ənənəni şübhə altına alaraq, Perikllə evlənmiş ola biləcəyini də irəli sürməkdədir. Aspaziyanın Perikldən olan oğlu Gənc Perikl daha sonra Afinada general olmuş və Arqinus döyüşündən sonra edam edilmişdir. Periklin ölümündən sonra, Aspaziyanın digər bir afinalı dövlət xadimi və general olan Lisikl ilə evləndiyi barədə məlumat vardır.
Mənşəyi və erkən həyatı Aspaziya, müasir dövrdə Aydın ilində olan, antik yunan dövründə İoniya şəhəri Miletdə doğulmuşdur. Atasının adının Axiochus olduğundan başqa ailəsi haqqında məlumat yoxdur, ancaq aldığı mükəmməl təhsili yalnız zəngin ailələrin verə biləcəyi düşünülsə, belə bir ailədən gəldiyi aydındır. Bəzi antik mənbələr isə Aspaziyanın Kariyalı bir müharibə qəniməti olduğunu bildirir, ancaq bu məlumatlar ciddi olaraq müdafiə edilmir. J. Lendering, Aspasia of Miletus
Afinaya ilk dəfə hansı şərtlərlə getdiyi bilinmir. IV əsrə aid, üzərində Axiochus ilə Aspaziyanin adları olan bir məzar daşının tapılması, tarixçi Peter K. Biknelin Aspaziyanın ailə keçmişini və Afina ilə olan əlaqələrinə dair yeni mülahizəni irəli sürməsinə səbəb olmuşdur. Biknelin versiyası, Aspaziya ilə E.ə. 460 –cı ildə Afinadan sürgün edilən və bu dövrü Miletdə yaşadığı güman edilən skambonideli II Alkiviadı (məşhur Alkiviadın babası) eyniləşmişdir. Biknelin fikrincə, Alkiviad sürgün edilərək Miletə getmiş, burada Axiochus adında birinin qızı ilə evlənmişdir. Daha sonra Alkiviad, yeni arvadı və onun kiçik bacısı Aspaziya ile birlikdə Afinaya qayıtmışdır. Biknel eyni zamanda bu nikahdan olan ilk uşağın adının Axiochus, ikinci uşağın adının da Aspasios olduğunu iddia edir. Habelə Periklin Aspaziya ile tanış olmasının, Alkiviadın ailəsi ilə olan yaxın əlaqələri sayəsində olduğu fikrini də irəli sürməkdədir.P.J. Bicknell, Axiochus Alkibiadou, Aspasia and Aspasios, 240–250
Afinadakı həyatı thumb|left|Jean-Léon Gérôme (1824–1904): Sokrat, Aspaziyanın evində Alkibiadesi axtararkən, 1861. Antik yazıçıların və bəzi müasir dövr tarixçilərinin mübahisəli ifadələrinə görə Aspaziya, Afinada hetera (elitar fahişə) olmuş və ehtimal ki, bir fahişəxana işlətmişdir.Aristophanes, Acharnians, 523–527 <ref name="Just144">R. Just,Women in Athenian Law and Life",144</ref> Hetera, aristokratiyaya xidmət edən peşəkar fahişələrə verilen addır. Fiziki gözəlliklərindən əlavə, çox zaman Aspaziyanın vəziyyətində olduğu kimi yüksək təsilə malik olmaları, müstəqil olmaları və vergi vermələri ilə digər afinalı qadınlardan seçilirdilər."Aspasia". Encyclopaedia Britannica. (2002).A. Southall, The City in Time and Space, 63 Aspaziya, müstəqil qadınlar olaraq adlandırıla biləcək olan heteralar içərisinde, Afina cəmiyyətində öndə gedən bir fiqur olması ilə nümunə olmuşdur.B. Arkins,Sexuality in Fifth-Century Athens Plutarx Aspaziyanı bir başqa məşhur ioniyalı hetera olan Thargelia ilə müqayisə etmişdir.Plutarch, Pericles, XXIV
Əcnəbi və ehtimal ki, hetera olması Aspaziyanı ənənəvi olaraq afinalı qadınları evinə bağlayan qanuni məcburiyyətlərdən xilas etmiş və şəhərin ictimai həyatında iştirak etməsinə şərait yaratmışdır. Aspaziya, 440-cı illərin əvvəllərində Periklin məşuqəsi oldu. Perikl ilk arvadından boşandıqdan sonra (təx. E.ə.. 445) Aspaziya ilə bərabər yaşamağa başlamışdır, ancaq evliliklərin qanuniləşib-qanuniləşmədiyi mübahisəlidir. M. Ostwald, Athens as a Cultural Center, 310 Oğulları Gənc Perikl E.ə. 440-cı ildə doğulmuş olmalıdır. Əgər E.ə. 428-ildə Lisiklə bir uşaq doğan Aspaziya bu dövrdə gənc olmalıdır.P.A. Stadter, A Commentary on Plutarch's Pericles, 239
Sosial zümrələrdə Aspaziya, bir fiziki gözəllik obyekti olmaqdan çox natiqlik qabiliyyəti və məsləhətçilik bacarığı ilə diqqət çəkmişdir. Plutarxa görə, Afinadakı evləri, içində Sokratın de olduğu tanınmış bir çox yazıçı və mütəfəkkiri cəlb edən bir intellektual mərkəzə çevrilmişdir. Bioqrafiyasında, Afinalı kişilərin, əxlaqsız həyatına baxmayaraq nitqini eşitmələri üçün üçün arvadlarını da Aspaziyanın evinə gətirdiyi yazılmışdır. H.G. Adams, A Cyclopaedia of Female Biography, 75–76
Şəxsinə qarşı təzyiqlər Demokratik Afinada mütləq idarə olmadığından Perikl, Aspaziya və dostları kimi idarəçilər qanun qarşısında tam özbaşına deyildilərFornara-Samons, Athens from Cleisthenes to Pericles, 31 . Aspaziyanın Perikl ilə olan əlaqəsi ve buna bağlı siyasi nüfuzu etirazla qarşılanmışdır. Yeyl Universitetindən tarixçi Donald Kagan, Aspaziyanın xüsusilə Samos müharibəsindən sonrakı illərdə populyar olmadığını irəli sürürD. Kagan, The Outbreak of the Peloponnesian War, 197. E.ə. 440-cı ildə Samos, Milet ilə Mikalenin ətəklərindəki İoniyanın antik Priene şəhəri uğrunda müharibə edirdilər. Məğlub olmuş miletlilər, samoslulara qarşı mühakimə açmaq üçün Afinaya gəldi.Thucydides, I, 115 Afinalılar, iki tərəfə də müharibəni dayandırıb, məsələni Afinanın hakimliyinə buraxmalarını əmr edəndə samoslular buna qarşı çıxdı. Bunun qarşılığında Perikl Samosa əsgər göndərilməsi üçün bir qərar çıxardıPlutarx, Perikl, XXV . Bu hərbi səfər, çətin keçdi ve afinalılar samosluları məğlub edənə qədər, ağır itkilərlə üzləşdi. Plutarxa görə, Miletdən gələn Aspaziya Samos müharibəsindən cavabdeh idi və Perik onu məmnun etmək üçün Samosa hücum etmişdi. "Bəzi gənc sərxoşlar Meqaraya gedib fahişə Simaethanı oğurladı, bundan qəzəblənən meqaralılar qarşılığında Aspaziyanın evindən iki fahişəni qaçırdı, sonda üç fahişə üçün bütün Yunanistanı alov bürüdü. Sonra Perikl Olimp sakini kimi şimsəkləri çaxdı, Yunanistanı bir-birinə qatdı və gülünc bir qərar çıxardı: Meqaralılar həm şəhərimizdən həm bazarlarımızdan, həm limanlarımızdan, həm də torpaqlarımızdan sürgün edilməlidir. Aristofanin komediyası, Axarniyalılar (523–533) Peloponnes müharibəsi (E.ə. 431–E.ə. 404) başlamazdan əvvəl Perikl, bəzi yaxın dostları və Aspaziya, xeyli sayda şəxsi və qanuni hücumla üz-üzə qaldı. Aspaziya, xüsusilə Periklin pozğunluğunu ödəmək üçün, afinalı qadınları yoldan çıxarmaqda ittiham edildi. Plutarxa görə Aspaziya tanrılara hörmətsizlik iddiası ilə, komik şair Hermippin şikayəti iıə məhkəməyə çıxarıldı. Plutarch, Pericles, XXXII Bütün bu ittihamlar ehtimal ki, sübut edilməmiş iftiralar idi, ancaq bu hadisələr afinalı lider üçün çox çətin idi. Aspaziya, Periklin nadir görünən emosionallığı sayəsində bəraət alsa da, dostu Fidi, həbsdə öldü. Bir başqa dostu Anaksaqor dini inancı səbəbiylə Afina Məclisi tərəfindən hücuma uğradı.Plutarch, Pericles, XXXVI Kagana görə Aspaziyanın məhkəməsi və bəraəti hekayəsi daha sonra uydurulmuşdur. Britaniya Kolumbiyası Universitetində Klassik Dövr professoru olan Entoni J. Podlecki Plutarxın, və ya mənbəsinin böyük ehtimalla bir komediyadakı səhnəni yanlış anladığını bildirmişdir.A.J. Podlecki, Pericles and his Circle, 33 Kagan, bu hekayələrə inansaq da, Aspaziyanın Periklin köməyi ilə və ya köməyi olmadan hansısa zərərə uğramadığını iddia edir.D. Kagan, The Outbreak of the Peloponnesian War, 201
Aristofan Axarniyalılarda, Aspaziyanı Peloponnes müharibəsindəki məsuliyyətindən bəhs edir. Meqaranı afinalılar və müttəfiqlərilə ticarət etməyi qadağan edən Periklin Meqara qərarının, meqaralılar tərəfindən Aspaziyanın evinden qaçırılan fahişələrə qarşı bir qisas olduğunu irəli sürür. Aristofanın şəxsi səbəblərə görə Sparta ilə müharibəyə başlamaqdan Aspaziyanı cavabdeh tutması daha əvvəlki Milet və Samos hadisəsinin yadda qalmasından ola bilər.A. Powell, The Greek World, 259–261 Plutarx Eupolis və Kratinus kimi başqa komik şairlərin də rişxəndli qeydlərindən də bəhs edir. Podleckiyə görə Douris, Aspaziyanın həm Samos, həm də Peloponnes müharibəsinin səbəbkarı olduğunu irəli sürmüşdür.A.J. Podlecki, Pericles and his Circle, 126
Aspaziyaya "Yeni Omfala", "Deyanira", "Hera" və "Yelena" adları verilmişdir. Fornara-Samons, Athens from Cleisthenes to Pericles, 162–166 Periklin Aspaziya ilə olan əlaqəsinə qarşı daha sonrakı hücumlar Athenaeus tərəfindən yazılmışdır.Athenaeus, Deipnosophistae, 533c-d Hətta siyasətçi olan Periklin oğlu, Ksantipp, evindəki hadisələrə görə atasına iftira atmaqdan çəkinməmişdir.
Həyatının sonrakı dövrü və ölümü thumb|Periklin büstü, Altes Museum (Köhnə Muzey), Berlin. E.ə. 429-cu ildə, Afina vəba epidemiyası zamanı Periklin bacısı və ilk arvadından olan iki oğlu, Ksantipp və Paral öldü. Kefi pozulan və daim ağlayan Perikli Aspaziyanın dostluğu belə təskin ede bilməmişdir. Ölümünden əvvəl afinalılar E.əş 451-ci ildəki vətəndaşlıq qanununu dəyişdirərək Aspaziydan olan yarı afinalı oğlu Gənc Perikin vətəndaş və hüquqi varis olmasına imkan verdilər.Plutarch, Pericles, XXXVII Həm ana, həm də atadan afinalı olmayanlara vətəndaşlıq haqqını məhdudlaşdıran bu qanunu ilk olarak Periklin təklif etdiyi nəzərə alındığında, bunun çox maraqlı bir qərar olduğu görülür.W. Smith, A History of Greece, 271 Perikl e.ə 429-cu ilin payızında vəfat etdi.
Plutarx indi itmiş Aeschines Socraticusun Aspaziya haqqında yazdığı dialoqdan istifadə edərək Aspaziyanın Periklin ölümündən sonra afinalı lider və general Lisikl ilə yaşadığı, ondan bir oğlu olduğu və Aspaziyanın Lisikli Afinanın ən qabaqcıl adamı etdiyini yazar. Lisikl E.ə. 428-ci ildə müharibə əsnasında öldü.Thucydides, III, 19 For year of death, see OCD "Aspasia" Lisiklin ölümündən sonra Aspaziya haqqında yazılı bir məlumat yoxdur. Məsələn oğlu Perikl general olduğunda və Arqinus döyüşündən sonra edam edildiyində yaşayıb-yaşamadığı bilinmir. Bir çox tarixçinin Aspaziyanın ölümü için verdiyi (təx. E.ə. 401-E.ə. 400) tarixi Aeschinesin Aspasia dialoqundakı xronologiyaya görə Aspaziyanın Sokratın E.ə. 399-cı ildəki ölümündən əvvəl öldüyü məlumatdan çıxarmaqdadır.
Fəlsəfi əsərlərdəki istinadlar
Antik fəlsəfi əsərlər Aspaziya, Platon, Ksenofont, Aeschines Socraticus və Antisthenesin fəlsəfi əsərlərində yer alır. Bəzi alimlərə görə Platon Aspaziyanın zəkası və ağlından elə təsirlənmişdir ki, Simpoziumdakı Mantinealı Diotima obrazına əsas götürmüşdür. Bəzıləri isə Diotimanın həqiqətən yaşamış olduğunu iddia edir.K. Wider, "Women philosophers in the Ancient Greek World", 21–62I. Sykoutris, Symposium (Introduction and Comments), 152–153 Pensilvaniya Universitetində fəlsəfə professoru olan Çarlz Kana görə Diotima bir çox tərəfdən Aeschinesin Aspaziyasına Platonun cavabıdır.C.H. Kahn, Plato and the Socratic Dialogue, 26–27