Ramiyan — İranın Gülüstan ostanında şəhər. Həm də Ramiyan şəhristanının mərkəzidir.

Tarixi Ramiyan şəhəri XVII əsrin əvvəllərində, I Şah Abbasın dövründə salınmışdırRamiyan qızılbaşları (Səfərnamə) . apa.tv, 25.04.2015 . Tarixçi Abdulhəmid Cəfəriyanın sözlərinə görə, qızılbaş tayfaları bu əraziyə XVI əsrin sonu, XVII əsrin əvvəllərində I Şah Abbas tərəfindən Azərbaycanın Qarabağ, Lənkəran, Şirvan, Naxçıvan, Urmiya və digər bölgələrindən köçürülüblər. Tayfaların köçürülməsinin bir neçə səbəbi olub. Belə ki, həmin dövrdə Gülüstan vilayəti Səfəvi dövlətinin şimal-şərq sərhədlərində yerləşirdi və mütəmadi hücumlara məruz qalan yer idi. I Şah Abbasın qızılbaş tayfalarını bu əraziyə köçürməkdə məqsədi də məhz həm bu torpaqları yadelli hücumlarından qorumaq, həm də yerlərdə baş qaldıra biləcək hər hansı ixtişaşın qarşısını vaxtında almaq olmuşdur. Digər tərəfdən bu ərazilərə köçürülən qızılbaşlar idarəçiliyi də öz əllərinə almışlar.

Əhalisi 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,719 nəfər və 2,831 ailədən ibarət idi.

Əhalisinin əksəriyyəti qəraylılardan ibarətdir və xorasan-türk dilində danışırlar.

Tarixi abidələri Şəhərdə 4 min ev var ki, onların da bəzilərinin yaşı 100-ü keçir.

İstinadlar

Kateqoriya:Gülüstan ostanının şəhərləri