İran İslam İnqilabı ( — Enghelâb-e eslâmi) — 1979-cu ildə İranda Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələnən inqilab.Islamic Revolution , Iran Chamber.Islamic Revolution of Iran , MS Encarta. October 31, 2009.The Islamic Revolution , Internews.Islamic Revolution .Iran Profile , PDF.The Shah and the Ayatollah: Iranian Mythology and Islamic Revolution (Hardcover), ISBN 0-275-97858-3, by Fereydoun Hoveyda, brother of Amir Abbas Hoveyda. İnqilab nəticəsində İranda Ruhullah Musəvi Xomeyni öndərliyində islam respublikası yaradılmış və şiəlik dövlət səviyyəsinə qaldırılmışdır. İran İslam İnqilabının baş verməsinin səbəbləri arasında şahın hərəkətlərinin xalqda böyük qəzəbə səbəb olması və son zamanlar Məhəmməd Rza Pəhləvinin ABŞ-la çox isti münasibətlərə malik olması göstərilmişdir.
Həmin günə qədər görülməmiş qədər böyük miqyasda baş tutan xalq etirazlarının nəticəsində İran xalqı inqilaba qalxaraq Ruhullah Xomeyninin rəhbərlik etdiyi bir İslam Respublikasının qurulmasını tələb etdi.
Məşrutə inqilabının liderlərindən olan Səttar xan və Bağır xanın Təbriz şəhərindən Tehran şəhərinə hərəkət etməsi nəticəsində İranda şəriətin yaradılmasının tələb edən mollalar saxlanılmış və Şeyx Fəzullah Nuri edam edilmişdir. Bu hadisələrdən sonra İranda şəritə üsullunun yaradılması barədə olan tələblər bir az səngimişdir. Rza şah Pəhləvinin hakimiyyəti dövründədə mollalara qarşı olan sərt münasibət davam etmişdir. Ancaq Məhəmməd Rza Pəhləvinin hakimiyyəti zamanı mollalara qarşı olan bu sərt münasibət nisbətən yumşalmışdır.
Əsas məqsəd: şahın zülmünün sonu və şahın qətlinin sonu
İranın İnqilabdan sonrakı bayrağı. İmam Xomeyninin əmri ilə şahlığın nişanəsi olan emblem aradan qaldırılmış və "Allah" yazısı emblem şəklinə gətirilmişdir, ayrıca olaraq inqilabın qələbəyə çatmasının tarixi olan, İran təqviminə görə 22 Bəhməni (11 Fevral) işarə edən 22 dəfə "Allah-u Əkbər" yazısı bayrağa əlavə edilmişdir.|thumb
Kütlənin vəziyəti
Təşkilati əsaslar Ən əvvəl 1979-cu il inqilabını, onun kütləviliyi və milyonluq kütlələrin ictimai proseslərə təsir faktı səciyyələndirir. Bu təsirin səviyyəsi və dərinliyi İran tarixi boyu və başqa ölkələrin yaxın tarixlərində əvvəllər görünməmişdir. Bu inqilab, həmişəlik olaraq, kütlələrin burjua sinfinin qüsurlu çevrəsinin, qırılması nümunəsi kimi qalacaqdır. Bundan başqa inqilabi proses kütlələrin özünütəşkilinin çeşidli formalarını ortaya çıxarmışdır. İnqilabın taleyi faktiki olaraq bu milli, fəhlə, qadın, tələbə, kəndli, əsgər şuralarının yayılması və gəlişməsindən asılı idi. Əvvəllər passiv olan kütlələr milli, cinsi, sinfi və başqa haqlar uğrunda birləşirdilər. İşsizlər iş tələb edirdi, tələbələr təhsilin azad olmasını istəyirdi və sairə. Bütün qüsurlarına baxmayaraq, şah rejiminə və əks-inqilaba qarşı ən ardıcıl və inadlı mübarizə mərkəzi olan şuralar indi demək olar ki, tamamilə darmadağın olub. Onların "konstitusion" taleyi, İslam Assambleyasına qalıb. Orada isə onların, İslam şuralarına "yardımçı" "həmkar" və sairə formalarda, bossların iştirakı və dövlətin birbaşa nəzarəti altında faktiki olaraq ləğv olunması gözlənilir. Hətta əgər onlar bərpa olunsaydılar belə, onlar şah dövrünün, burjua istismar aləti olan, fəhlə sindikatlarından heç bir şey ilə fərqlənməyəcəkdi. Ancaq indi İslam dövlətinin qanunlarına görə heç bir fəhlə təşkilinə icazə yoxdur.
İqtisadi və sosial nailiyyətlər Əsas sosial məqsədlərinə görə bu inqilab şahın "Ağ inqilabı"na və onun 70-ci illərdə doğurduğu iqtisadi böhrana qarşı olan bir üsyan idi. O, dərhal, böyük insan kütlələri üçün vacib olan, iqtisadi və sosial dəyişikliklərə səbəb oldu. Fəhlələr tərəfindən iri, xüsusi müəssisələrdə istehsalın, nəzarətin və bölgünün öz əllərinə alması prosesi, geriyə qalmış, oxşar ölkələrin inqilabi tarixində ilk dəfə olaraq belə böyük miqyas aldı. İnqilabi dövrün vacib əlamətlərindən biri kəndlilər tərəfindən ən iri mülkədarların torpaqlarının müsadirəsi, kəndli komitələri tərəfindən torpaqların müstəqil bölüşdürülməsi, kəndli kooperativlərinin təsis olunması, sələmçi və möhtəkirlərlə bütün əlaqələrin qırılması idi. Bu hadisələr şah rejiminin devrilməsindən sonrakı inqilabi dinamikanı əks etdirirdi. Ancaq bu nailiyyətlərdən heç birini qorumaq mümkün olmadı. Bu gün artıq açıq bəyan etmək olar ki, heç bir istismar olunan sosial təbəqə bu "inqilabın" nəticəsində nəsə əldə edə bildiyini hiss etmir. Hətta kütlələrin ən əsas nailiyyətləri olan iş həftəsinin qısaldılması, minimal əməkhaqqı, sosial təminatların təkmilləşmiş sistemi, kasıblar üçün yaşayış yerləri ləğv edilib və geriyə atılıb. Bunun əvəzinə isə qarşısıalınmaz inflyasiya, kütləvi işsizlik və evsizlik, kəndlilərin şəhərlərə axınının indiyə kimi görünməyən miqyası, uzadılmış iş həftəsi və sairə. İqtisadi kasıblığın səviyyəsi hətta, əvvəlki üç onilliklə müqayisədə belə görünməyən miqyas alıb.
Demokratik hüquqlar İran tarixində olan bütün ictimai narazılğın mərkəzində həmişə demokratik hüquqların tələbi durub. Fevral üsyanı, 80 il ərzində uğrunda aparılan, bu tələblərin bir çoxunun əldə edilməsi ilə yadda qaldı. İlk dəfə olaraq geniş kütlələr insan haqlarının elementləri olan, azad seçki, azad mətbuat, məmuru seçmək hüququ, tətil etmək, nümayiş etmək, siyasi təşkilat yaratmaq hüququ əldə etdilər. Bütün bu nailiyyətlər ən qəddar formada ləğv olundu. Onlar heç yeni inqilabi adlanan İslam konstitusiyasında öz əksini belə tapmamışdılar. Faktiki mövcud olan və yaxud dövlət tərəfindən tanınan hal-hazırkı demokratik hüquqlar, yalnız 20-ci əsrdən öncəki insan hüquqları ilə müqayisə oluna bilər. Ancaq bir "hüquq" tam və şərtsiz olaraq qəbul olunur-molla teokratiyasına tam və şərtsiz tabe olmaq hüququ. İndiki cümhuriyyətçi quruluş, bundan sonra, hakimiyyət sükanının arxasında olan burjua qruplaşmalara, hətta insanların şəxsi həyatına müdaxilə etmək imkanı da yaradır. İnsanlar nəyə inanmalıdır, nə geyməlidir, nə yeməlidir və nə içməlidir bütün bunlar ciddi surətdə dövlət tərəfindən tənzimlənir və nəzarət olunur. İran inqilabının əsas məqsədi — insanların elementar hüquqlarının təmin olunması məsələsi, həll olunmamış olaraq qalır.
Xalqın suverenliyi əvəzinə biz indi Mühafizlər Şurasını görürük ki, o istədiyi anda İslama zidd olan istənilən qərarı ləğv edə bilər. Əslində İran son 100 ildə indiki kimi antidemokratik idarə olunmayıb. Şübhəsiz ki, molla rejimi istənilən kapitalist rejimindən daha qəddar bir rejimdir, bunu İran da qadınlara qarşı olan münasibətdə aydın görmək olar. Qadın hüquqlarına qarşı dini-mürtəce hücumları, ancaq kapitalizmin böhranının nəticəsi kimi izah etmək olmaz. Onların əsasında dini klerikal hücumlardan daha dərin səbəblər yatır.
Dövlətin rekonstruksiyası
Demokratiya və diktatura Şah rejiminin əvəzinə gələn və bütün hakimiyyət rıçaqlarını əlinə almış mövcud quruluş, istismar və əzilən kütlələrə qarşı, ən hazır və uyğunlaşmış repressiv və barbar metodları tətbiq edən ən qəddar aparata malik quruluş olmuşdur. İran inqilabının əsas vəzifəsi-dövlətin demokratikləşməsi- rejim tərəfindən arxa plana çəkilmişdir. Bu rejim hətta öz yazılı qanunlarında belə bütün hakimiyyəti mülki hüququn nəzarətindən kənarda olan teokratiyaya və şəxsiyyətə həvalə etmişdi. Bu dövlətdə heç bir təmsilçilik orqanı, Xomeyninin iradəsi kənarında heç bir qərar qəbul etmək hüququna malik deyil. Baş molla istənilən şəxsin namizədliyini vermək, istənilən seçkinin nəticələrini ləğv etmək, istənilən siyasi və sosial institutu ləğv etmək, istənilən sosial resursu istədiyi və xoşuna gəldiyi kimi istifadə etmək hüququna malikdir. Şah diktaturasının əvəzinə indi hakimiyyət klerikal diktaturanın əlindədir ki, bu diktatura şahdan daha çox Allah ilə əlaqələrə malikdir və Allah tərəfindən qəbul edilir. Məscidin dövlətdən ayrılması məsələsi, indi 1907–1909-cu illərdə olduğundan daha əlçatmaz bir perspektivə çevrilib. Kapitalizm öz inkişaf mərhələsində, Pəhləvi dövründə, dini qurumlardan dövlət idarəçiliyi funksiyasını almışdı. İndi isə teokratiya iqtidara gəldikdə, özü bu teokratik formaya əl atdı. İslam Cümhuriyyəti, əslində özünü Allah tərəfindən göndərilimiş və cəmiyyətin üzərində görən bir təriqətin bu cəmiyyətin taleyini həll etmək üçün məmur edilmiş olduğunu elan edir.
İfrat mərkəzçi dövlət, rus inqilabından sonra bolşevizmin təsirini azaltmaq məqsədilə, imperialist dövlətlər tərəfindən, mərkəzi millət elan olunan farsların imtiyazları və hegemonluğu və bütün başqa millətlərin haqlarının tapdalanması hesabına başa gəlmişdi. İslam hakimləri heç bir sərhədin və millətin müqəddəsliyini qəbul etmir. Eyni zamanda bu hakimlər Pəhləvi dönəmində olduğu kimi, heç bir millətin haqqını tanımaq belə istəmirlər. Onlar mütəmadi olaraq bu millətlərin haqqını tapdalamaq, onları məhv etmək arzusundadırlar. İran kürdlərinə qarşı repressiyalar davam edir. Kürdlərə qarşı hərbi əməliyyatlar aparılır, onların əkinləri məhv edilir, özləri isə kütləvi halda başqa rayonlara köçürülür.
Repressiv qüvvələr Dövlətin ideoloji alətə xüsusi diqqət ayırmağına baxmayaraq, dövlətin repressiv aparatı getdikcə qorxunc ölçülər almaqda idi. Şahın məxfi polisinin, hərbi məhkəmələrinin, ordunun ləğv edilməsi inqilabın ən yaxın məqsədlərindən idi. Şah rejiminin faktiki aşmasına qədər, bu qurumlar kütləvi çıxışların zərbələri altında dağılmaq üzrə idi. Lakin sonralar bu qurumlar dağılmadı, əksinə şah rejiminin dövründə olduğundan da qəddar qurumlarla əvəz olundu.
Bərpa olunmuş məxfi polis və ordudan başqa indi, inqilabi təsisatların bir sıra yeni növü (naadlar) yaradılıb. İslam pasdarlarının ordusu (SEPAH), imam komitələri (məhəlli polis), hər bir fabrik və assosiasiyada fəaliyyət göstərən İslam əncümənləri, İslam məhkəmələri, Hizbullah təşkilatı və s. repressiv mexanizmin yaranmasına xidmət edirlər. Son 2 il ərzində molla rejiminin edam etdiyi sosialistlərin sayı, şah rejiminin son 30 ildə edam etdirdiyindən 50 dəfə çoxdur.
Bürokratiya Xalq mübarizəsinin mərkəzi maddəsi, dövlət bürokratiyasının iqtidarı və böyüklüyü idi. Şahın hakimiyyəti dövründə bu aparat əvvəllər presedenti olmayan ölçülərə qədər artmışdı-(1,5 milyon). İctimai məhsulun böyük hissəsi, faktiki olaraq, bu aparat tərəfindən yeyilirdi. Təsisatların çoxu, "rəsmən" yaradılırdı ki, şah rejiminin sosial bazası "qanuni" şəkildə təmin olunsun. Bu gün, xalqın boynunda oturmuş bu diktaturanın ölçüləri ikiqat artıb. Klerikal idarə üsulunun alətlərinin rekonstruksiya olunmuş burjua dövlətinə inteqrasiyası, geriyə qalmış ölkələr sırasında ən nəhəng bürokratik aparatın yaranmasına səbəb olub. 1,8 milyon adi dövlət məmurlarına, indi 1,3 millyon muzdlu müştəri bazası əlavə olunub. Bundan başqa, 200.000 pasdardan, 300.000 üzvü olan daha azad təşkilatdan, İslam əncümənlərindən, BƏSİC tipli assosiyasiyalardan təşkil olunan, kütləvi inqilabı bazaya, əlavə olaraq, şiə mollaları, onların qohum-əqrabası və yaxınları, eləcə də bütün məscid və ibadət yerləri xidmətçiləri, ya dövlətin birbaşa ya da dolayısı ilə hesabına dolanmaqdadır. İranın indiki iqtisadi durumu absurd həddə çatıb: keçən (1982) il neftdən gələn gəlirin əvvəlki yüksək (23 millyard dollar) həddə çatmasına və şah məxfi polisinin açıq-aydın korrupsiya cərəyanlarının ifşa olunmasına baxmayaraq, inkişaf xərcləri inqilabdan öncəki səviyyədən 5 dəfə azalıb, çünki mollaların çeşidli yardım fondlarına ödəmələr, onların mənafeyinə uyğun olaraq iki dəfə artırılıb.
Kapitalist qaydalarının qayıtması
Yeni kapitalist sinif