Kreator — Almaniyanın tanınmış rok-qrupu.
Qrup haqqında Kreator 1984-cü ildə Almaniyanın Essen şəhərində gitara və vokalda Mille Petroza, bas gitarada Rob və vurma alətlərdə Ventor tərəfindən Tormentor adıyla qurulan qrup Essen, Ruhr çayı kimi ərazilərdə meydana gələn sənaye çirkliliyini mahnılarına mövzu etmişdir. Thrash metala yaxın xəttiylə olduqca sərt və sürətli bir musiqi hazırlayan və gedərək yerli çirklilikdən əlavə ümumi olaraq ətraf problemləri üzərində sıxlaşmağa başladı. Adlarını Kreator olaraq dəyişdirdikdən sonra «Endless Pain» adlı ilk albomlarını yayımladılar və underground bazarda böyük bir maraq gördülər.
İkinci albomları «Pleasure to Kill» ilə Avropanın daxilində tanınmağa başladılar və thrash metala yaxşıca yaxınlaşdılar, ancaq musiqilərinə death metal ünsürlərini da qatmışdılar. İki albom da hazırladıqdan sonra «Extreme Aggression» albomunda son dərəcə keyfiyyətli bir iş ortaya qoydular və «Coma of Souls» albomunda da bu keyfiyyəti qorudular. Sözlərində həyatın qaranlıq və ağrılı tərəfini, yox edilən ətrafı, irqçiliyi, insanlığın təbiətə və bir-birlərinə qarşı tətbiq etdiyi vəhşiliyi kimi mövzulara toxunan qrup, musiqi olaraq bu dəhşət dolu mövzuları səslə dəstəklədilər. Ancaq Almaniyanın irqçi seqmenti neonazilərin də etirazı ilə qarşılaşdılar. Lakin heavy metalın ümumi quruluşu içində bu irqçi hücumlara qarşı arxalarında daim dəstək var idi. Kreator hazırladığı musiqi ilə siyasət və ətraf mövzusunda ən sərt ifadələri istifadə edən qrup oldu və hardcore qruplarının üslublarını meydana gətirmədə nümunə aldıqları bir qrup halına gəldi.
Diskoqrafiya Studiya albomları 1985 - Endless Pain 1986 - Pleasure to Kill 1987 - Terrible Certainty 1989 - Extreme Aggression 1990 - Coma of Souls 1992 - Renewal 1995 - Cause for Conflict 1997 - Outcast 1999 - Endorama 2001 - Violent Revolution 2005 - Enemy of God 2009 - Hordes of Chaos 2012 - Phantom Antichrist 2017 - Gods of Violence 2022 - Hate Über Alles
Konsert albomları (live) 2003 - Live Kreation 2010 - Terror Prevails: Live at Rock Hard Festival
Yığma albomları (toplu) 1996 - Scenarios of Violence 1999 - Voices of Transgression 2000 - Past Life Trauma (1985–1992) 2016 - Love Us or Hate Us - The Very Best of the Noise Years 1985-1992
Sinqlları 1987 - Behind the Mirror 1989 - Betrayer 1995 - Isolation 1995 - Lost 1997 - Leave This World Behind 1999 - Chosen Few 2012 - Phantom Antichrist
Kateqoriya:Almaniya metal musiqi qrupları Kateqoriya:Kvartetlər Kateqoriya:1982-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Almaniya rok-qrupları Kateqoriya:Epic Records artistləri