Koramaz — çiy südlə qatığın qarışığından ibarət ağartı, yaxud sərinləşdirici içkiAzərbaycan dilinin izahlı lüğəti, Dörd cilddə. Şərq-Qərb Nəşriyyatı, Bakı 2006. II cild, səh.736..
Ənənəvi sərinlədici içkilərin az təsadüf edilən tipoloji növlərindən biri də südə qatıq qarışdırmaq yolu ilə hazırlanan koramaz (körəməz) olmuşdur. Turşməzə tama malik olan və bir növ məzəiçkisi sayılan koramaz (körəməz), əsasən isti yay aylarında düzəldilib içilirdi. Koramaz (körəməz) Azərbaycanın qərb bölgəsində daha geniş yayılmışdıArif Mustafayev, Azərbaycanın maddi mədəniyyət tarixi. «Bakı Universiteti» nəşriyyatı , Bakı-2009, səh 189..
Həmçinin bax Qar koramazı
İstinadlar
Kateqoriya:Süd məhsulları Kateqoriya:Azərbaycan içkiləri