Artabazan — Atropatena hökmdarı.(b.e.ə. III əsr)

Haqqında Atropaten Midiyası Makedoniya müharibələrindən sonra Midiyadan ayrılıb onun digər əyalətlərindən fərqli olaraq öz müstəqilliyini saxlaya bilmişdir. Polibinin yazdığına görə III Antiox (b.e.ə. 223 – b.e.ə. 222) Midiya satrapı Molonu və onun qardaşı Aleksandrı məğlub etdikdən sonra Atropaten Midiyasına hücum etmişdir. Atropatena çarı Artabazan Selevki hökmdarı III Antioxa qarşı mübarizədə xalq kütlələrinə arxalanaraq, Selevkilər imperiyasının paytaxtı Selevkiya şəhərinə hücum etmişdi. B.e.ə. 220-ci ildə Selevkilərlə bağladığı müqaviləyə əsasən Ayrarat vilayətinin əsas şəhəri Armavirdə daxil olmaqla Kolxidaya qədər ərazi Atropatenaya birləşdirilir. Artabazanın dövründə Atropatena ərazisi xeyli genişlənmişdi.

Xarici keçidlər Artabazanes // Encyclopaedia Iranica. Vol. II, Fasc. 6, p. 650

İstinadlar

Kateqoriya:Atropatena Kateqoriya:Doğum tarixi bilinməyənlər Kateqoriya:Vəfat tarixi bilinməyənlər