Sonuncu dərviş — rejissor Ələkbər Muradovun filmi.Əliyev, Z. Filmin gecikmiş təqdimatına məcburi şərh: [Azərbaycanın görkəmli rəssamı Səttar Bəhlulzadəyə həsr edilmiş "Sonuncu dərviş" filminin təqdimatı haqqında] //Azadlıq.- 2010.- 21 sentyabr.- S. 15.

Məzmun Film dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadənin həyat və yaradıcılığından bəhs edir."Sonuncu dərviş" təqdim olundu: [Kinematoqrafçılar İttifaqında kinorejissor Ələkbər Muradovun Xalq rəssamı Səttar Bəhlulzadəyə həsr etdiyi eyni adlı bədii filmin təqdimat mərasiminin keçirilməsi haqqında] //Mərkəz.- 2010.- 15 sentyabr.- S. 11. Burada onun 3 həyat dövrü — uşaqlıq, gənclik və ahıl dövrləri əks etdirilib.Nisə. "Sonuncu dərviş" filmi ictimaiyyətə təqdim olundu: Film Səttar Bəhlulzadənin keçdiyi ömür yolunu əhatə edir: [Rejissor Ələkbər Muradovun "Sonuncu dərviş" filminin təqdimatı haqqında] //Olaylar.- 2010.- 16 sentyabr.- S. 11.

Film haqqında Film Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illiyi ilə əlaqədar olaraq çəkilmişdir. Filmdə həmçinin rəssamın heç yerdə sərgilənməyən Moskvadakı 200-ə yaxın əsəri nümayiş olunmuşdur. Filmin rejissoru Ələkbər Muradov təqdimat mərasimində nəyə görə bu mövzuya müraciət etdiyinə və baş rola aktyor olmayan bir nəfəri çəkdiyinə aydınlıq gətirib. O, Səttar Bəhlulzadəni uşaqlıqdan tanıdığını və onun atası ilə bir sinifdə oxuduğunu diqqətə çatdırıb: "Səttar müəllim həftənin bazar günləri bizim evə gələrdi. Mən də rəsm işlərimi onunla bölüşürdüm, o da mənə ilham və ruh verirdi. Ondan başqa məni heç kim tərifləmirdi. Filmdə Səttar Bəhlulzadə obrazını onun qohumu canlandırıb, ancaq o, heç bir sənətin sahibi deyil və simaca Səttar Bəhlulzadəyə bənzədiyi üçün baş rola onu çəkdim. Bu mənim üçün çox çətin oldu". Səttar Bəhlulzadənin 300-ə yaxın işini filmə Ağaəli İbrahimov təqdim etmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifləri: Ələkbər Muradov, Əhməd Orucoğlu (Əhməd Oruc kimi) Quruluşçu rejissor: Ələkbər Muradov Quruluşçu operator: Manaf Quliyev Quruluşçu rəssam: Ağaəli İbrahimov Bəstəkar: İmruzə Hüseynova Montaj: Elşad Rasimoğlu Rejissorlar: Murad Muradov, Olqa Şabanova Rejissor assistenti: Məryəm Rövşənqızı Operator assistenti: Soltan Məmmədov Geyim üzrə rəssam: Ələkbər Muradov Foto rəssam: Rahim Qədimov İşıq ustası: Adil Rüstəmov Pirotexnik: Əlibala Məmmədov Kran: Seymur Səlimov Texniki heyət: Eldar Səfərov, Ramin İsrafilov, Emin Talıbov Sürücülər: Şahin Hüseynov, Fəxrəddin Tağıyev, Elşən Piriyev İnzibatçı: Ceyhun Cümşüdov Musiqi redaktoru: Sevil Ələkbərova Prodüser: Faiq Güləhmədoğlu Redaktor: Rafiq Səməndər Filmin direktoru: Azad Məmmədov

Rollarda Nazim Babayev — Səttar Bəhlulzadə Camal Məhərrəmli — Səttarın uşaqlığı Hüseyn Rəhimov — Səttarın gəncliyi Həcər Ağayeva — Maral Rəhmanzadə Vladimir Neverov — Şeqal Naina İbrahimova — Şeqalın həyat yoldaşı Sona Mikayılova — Səttarın anası Ofelya Novruzqızı — Səttarın bacısı Ağakişi Kazımov — Azərbaycanın Moskvadakı nümayəndəsi Tariyel Qasımov — qəbul komissiyasından Vəlihəd Vəliyev Hacı Mirzə Fərzəliyev — dərviş Aydın Əliyev — dərviş Azər İsmayılov — dərviş Ceyhun Qəmərlinski — Əzim Əzimzadə Yevgeni Vorobjanski — Elistratov Rafiq Kaşanlı — professor Litvinov Afət Axundova — professor Litvinovun qızı Rüstəm Zeynallı — Toğrul Nərimanbəyov Vaqif Baxşıyev — çayçı Gülmurad Ağadayı Mehdiyev — gürcü rəssam Elmir Hüseynov — Səttarın dostu Sərdar Rüstəmov — Fərhad Xəlilov Ramiz Novruzov — Mircəfər Bağırov Cavanşir Bayramov — Tofiq Bayram Bəyim Mehdiyeva — stüardessa Akif Qəribov — İosif Stalin Zinaida Sibilyeva — gözətçi Rəcəb Quliyev — uşaq Nurlan Hacıyev — uşaq Nəzrin Hacıyeva — uşaq Leyla Əbdülsəmədova — uşaq Zemfira Əbdülsəmədova — Solmaz Sergey Netrunenko — Maralın nişanlısı Rafiq İbrahimov — raykom nümayəndəsi Ədalət Əmiraslanov — Rza müəllim Eldar Bağırbəyov — Səttarın dostu Həsənəli Quliyev — Elistratovun köməkçisi Ceyhun Cümşüdov — Elistratovun köməkçisi Vadim İseyev — Moskvalı cərrah Aliyə Quliyeva — poçtalyon Zina Dmitri Ponamaryov — zabit Mamiya Kruaşvili Giya Kruaşvili İnqa Kutateladze David Rixvadze Eldar Məmmədov Fəxri İsmayılov Zaur Həsənov Cabir Bədəlov Rüstəm Ağazadə İbrahim Zeynalov Lera Kanunnukina Həsən Həsənov Günay Şəmsi Vasilisa Ağayeva Novruz Məmmədov Elşən Hacıyev Adil Əliyev Samir Qasımov Elşad Həsənov Nadir Rüstəmov Polina Dorosinskaya Fəridə Xəlilova Fərhad Zangiyev Mərziyə Hüseynova Ramil Xəlilov Esmira Qasımova Elmira Əhmədova Natəvan Əhmədova Aydan Hüseynova Şəhla Əbiyeva Səbinə Hacıyeva Vüsalə Nəbiyeva Olqa Şabanova Toğrul Vəliyev Rəhim Qədimov Fəxrəddin Tağıyev Fərhad Məmmədov Ümid Abdullayev Vüsalə Əliyeva Vaqif Mustafayev Oksana Ağalarova Orxan Həsənzadə

Filmi səsləndirənlər Mirzə Ağabəyli — Səttar Bəhlulzadə (Nazim Babayev) (titrlərdə yoxdur)

İstinadlar

Xarici keçidlər Filmi izlə

Kateqoriya:2009-cu ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Şəxslər haqqında filmlər Kateqoriya:Səttar Bəhlulzadə haqqında filmlər Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:Qubada çəkilən filmlər Kateqoriya:Xaçmazda çəkilən filmlər Kateqoriya:Ələkbər Muradovun filmləri Kateqoriya:Rəssamlar haqqında bioqrafik filmlər