Azərbaycan Qülləsi () — "Khazar Islands" layihəsi çərçivəsində tikintisi planlaşdırılan göydələn. Bina Bakıdan 25 km cənubda yerləşəcək.

Layihə haqqında Layihənin təşəbbüskarı "Avesta" şirkətidir. Qüllənin dəyəri 2 milyard ABŞ dolları təşkil edir və hündürlüyü 1050 metr olacaq. Layihə həyata keçərsə, hal-hazırda ən hündür bina adını daşıyan Bürc Xəlifə qülləsindən təqribən 200 metr, tikilən "Kingdom Tower"dən isə 50 metr hündür olacaq.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Bakıdakı göydələnlər Kateqoriya:Gələcək hadisələr