Alcest — 2000-ci ildə Fransanın Banyol-su-Sez şəhərində qurulmuş black metal qrupu.
Tarixi Alcest 2000-ci ildə Neige tərəfindən solo proyekt kimi yaradılmışdır. Tezliklə qrup 3 nəfərdən ibarət blək metal proyektinə çevrilmişdir. Argoth, Aegnor və Neigedən ibarət qrup 2001-ci ildə Tristesse Hivernale adlı ilk demo albomunu buraxdı. Elə bu albomdan sonra da qrup yenidən Neigenin şəxsi proyektinə çevrildi. 2005-ci ildə Le Secret adlı EP yayımladı. EPdə Şarl Bodlerin şeirlərindən istifadə olunmuşdur. Albomun yeni janrda olması Alcesti blək metaldan uzaqlaşdıraq şuqeyzinqə yaxınlaşdırdı. 2007-ci ildə ilk albomunu yayımlayan Alcest Souvenirs d'un autre monde ilə şöhrət qazandı. Sonrakı iki albomlarında post-metal tərzini qoruyan proyekt 2014-cü ildəki Shelter albomu ilə metal janrından tamamilə ayrıldı və post-rok janrına keçid etdi.
Qrup üzvləri Neige — vokalist, gitarist, klaviatura (2000-indiyədək), zərb alətləri (2000–2009), bass gitara (2001-indiyədək) Winterhalter — zərb alətləri (2009-indiyədək)
Diskoqrafiya
Studiya albomları 2007 — Souvenirs d'un autre monde 2010 — Écailles de Lune 2012 — Les Voyages de l'Âme 2014 — Shelter 2016 — Kodama 2019 — Spiritual Instinct 2024 — Les Chants de l'Aurore
Demo albomları 2001 — Tristesse Hivernale
EPlər 2005 — Le Secret
İstinadlar
Kateqoriya:Fransa metal musiqi qrupları Kateqoriya:2000-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Şuqeyzinq