Əbu Müslim məscidi və ya Əbu Müslüm məscidi — Azərbaycanın Quba rayonunun Cek kəndində yerləşən məscid.Tərxan Paşazadə, "Azərbaycanın milli etnik nümayəndələri – ceklilər", "Azərbaycan Müəllimlər İnstitutunun Xəbərləri", № 1, Bakı, "Müəllim", 2009 s.37 Regionun İslam dininə möhkəm bağlılığından soraq verən Əbu Müslim məscidinin inşa olunma dövrü, çox güman ki, VIII əsrdə Şirvanı və Dağıstanı işğal edərək İslamı yayan xəlifə Vəlidin qardaşı Əbu Müslimin hakimiyyəti illərinə və yaxud bir qədər ondan sonraya təsadüf edir.Tərxan Paşazadə. Əbu Müslim məscidi. "Cəmiyyət və Din" qəzeti. 8–14 avqust 2013, № 29 (215). səh. 9, 15 .
Sovet hakimiyyəti illərində dağıdılaraq daşından məktəb binası, ağaclarından isə taxıl anbarı tikilən məscid, 1988-ci ildə kənd ağsaqqallarından biri Şıxəli Muradovun təşəbbüsü və kənd sakinlərinin köməkliyi ilə qismən bərpa edilmişdir. Maddi çətinliklər üzündən Əbu Müslim məscidinin inşası hələ ki, lazımi səviyyədə tamamlanmamışdır.Əlhəddin Cekli və Tərxan Paşazadə, "Biz CAN deyirik! Yəni Ceklilər Azərbaycan Naminə!", "Kamal" jurnalı, № 3 (7), iyun 2010, səhifə 44–48.Quba rayonu, "Əbu Müslim" məscidi.
16 m2 həcmi var və 16 nəfərlikdir.
Qalereya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Quba rayonunun məscidləri Kateqoriya:Cek Kateqoriya:XVIII əsr məscidləri