Elçin Yaşar oğlu Əzizov () — azərbaycanlı bariton opera müğənnisi, Azərbaycanın xalq artisti (2018), Dövlət Akademik Böyük Teatrın solisti (2008-ci ildən).

Həyatı Elçin Əzizov 1975-ci ildə Bakıda anadan olub. İlk dəfə 4 aprel 1992-ci ildə məktəblərarası ŞHK yarışında çıxış edib. Bununla o, "Parni iz Baku" komandası ilə tanış olur və onlara qoşulur. Həmin il "Bakılı oğlanlar" KVN çempionu oldu və 1993-cü ildə finala yüksəldi. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-nin rejissorluq fakültəsinə daxil olub.2000-ci ildə Elçin Əzizov "Parni iz Baku" ilə Kuboku və "XX əsrin ən yaxşı komandası" ünvanını qazandı.

2005-ci ildə ona Filarmoniyadan oxumaq təklif gəlir və onun konsert proqramı ilə çıxış edir. Filarmoniyada Murad Adıgözəlzadə ilə təqdimat keçirib. Həmin ilin yayında Türkiyəyə dəvət olunub. 2005-ci ildə Avstriyada Motsareum Universitetinin yay akademiyasında təhsil alıb. 2005–2007-ci ildə isə Azad Əliyevin rəhbərliyi altında Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib.

2007-ci ildən Qalina Vişnevskayanın opera studiyasında çalışıb. İlk dəfə Jorj Bizenin Karmen operasında Eskamilyo rolunda çıxış edib. Müxtəlif opera tamaşalarında iştirak edib, filmlərə çəkilib. Rusiya istehsalı olan "Turistlər" serialında (Lean-M, Ren TV, 2005, Rusiya) Jan rolunu ifa edib. Bülbül adına 3-cü Beynəlxalq Müsabiqənin (2005) laureatı, Motsart 9-cu Beynəlxalq Müsabiqənin finalçısı (2006, Zaltsburq), Beynəlxalq Musiqi Xadimləri İttifaqının müfatakçısıdır (2006, Moskva).

2008-ci ildə Moskvada Böyük Teatrda Modest Musorqskinin "Boris Qodunov" operası ilə debüt edib.

27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.

Elçin Əzizov Azərbaycanın böyük ədibi və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Həmidə Məlikova ilə evlidir. Cəmil adında oğulları var.

Filmoqrafiya Bir dəfə Qafqazda (film, 2007) Qafqaz (film, 2007)

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:Parni iz Baku Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Azərbaycan komediyaçıları Kateqoriya:Baritonlar Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları