Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli Qərarı.
Tarixi 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Göyçay Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumunun bazasında yaradılmışdır "Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli 140 nömrəli Qərarı. .
İxtisaslar Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır : 2011-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının təsdiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2011-ci il tarixli, 176s nömrəli Sərəncamı.
Mühasibat uçotu ; Maliyyə işi ; Elektrik təchizatı ; Nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə) ;
Aqrar (fermer) təsərrüfatının təşkili ; Nəqliyyat vasitələrinin təmiri və servisi ; Kompüter sistemləri və kompleksləri ;
İstinadlar
Kateqoriya:Göyçay kollecləri Kateqoriya:26 avqustda yarananlar Kateqoriya:2002-ci ildə Azərbaycanda yarananlar