Sevinc Əliyeva (d. 15 yanvar 1965) — azərbaycanlı aktrisa, Azərbaycan Respublikasının əməkdar artisti, Prezident mükafatçısı.

Həyatı Sevinc Əli qızı Əliyeva 15 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

Fəaliyyəti Sevinc Əliyeva aktrisalıq fəaliyyətinə Dövlət Gənclər Teatrında başlayıb.

2000-ci ildə Akademik Milli Dram Teatrına dəvət olunan aktrisa 2001-ci ildə teatrın artist heyətinə qəbul edilmişdir. Teatrın səhnəsində xarakterik obrazlar oynamışdır.

Ad və mükafat Əməkdar Artist (2000) Prezident Mükafatı (30 aprel 2014)

Teatroqrafiya Dövlət Gənclər Teatrı Qaranquş ("Əriməyən ürək" O.Vayld) Leyli ("Leyli və Məcnun"M.Füzuli) Zöhrə ("Dadaşbala əməliyyatı" R.Əlizadə) Ana ("Şəhidlər" R.Səməndər) Qurbanəli bəyin arvadı ("Qurbanəli bəy" C.Məmmədquluzadə) Məşədi Orucun anası ("Ölülər" C.Məmmədquluzadə) Ofelya ("Hamlet" V.Şekspir) Müxbir ("Varlı qadın" Ə.Əmirli)

Akademik Milli Dram Teatrı Reyhan ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev) Xanım ("Mənim ərim dəlidir" Elçin) Şölə xanım ("Lənkəran xanının vəziri" M.F.Axundov) Fahişə ("Kəllə" N.Hikmət) Xarmiana ("Misir gecələri" səhnə redaksiyasının müəllifi M.Fərzəlibəyov) 2-ci Arzu ("İkinci səs" B.Vahabzadə) Jujuna ("Kaş araba aşmayaydı" O.İoseliani) Qadın ("Keçmişdən zəng", Anatoli Krım) Ceyran ("Vəsiyyət", Hüseynbala Mirələmov)

Filmoqrafiya Halallıq (1991) (televiziya tamaşası)(rol: Ninka) Qara "Volqa" (film, 1994)(tammetrajlı bədii film)(rol: "Paxan"ın xidmətçisi) Olum, ya ölüm və ya hər şeyə baxmayaraq (film, 1994) (televiziya tamaşası)(rol: həkim) Mən sənin dayınam (film, 2001) (televiziya tamaşası) Son arzu (film, 2003)(qısametrajlı bədii televiziya filmi) Şans (film, 2004)(tammetrajlı bədii televiziya filmi)(rol: Qəmzə) Milçək (film, 2006)(tammetrajlı bədii film)(rol: hamilə qadın) Adam ol 3 (film, 2007)(bədii serial) Bir dəfə Qafqazda (film, 2007)(tammetrajlı bədii film)(rol: Fazilin arvadı) Gürzə (film, 2008) (bədii serial) 2 (film, 2009) (qısametrajlı bədii film) (filmi səsləndirən) Qız yükü (bədii serial) Həkimlər (bədii serial) Ünvansız eşq (bədii serial) Həyat, deyəsən, gözəldir (film, 2022)(tammetrajlı bədii film)(rol: Tata)

İstinadlar

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları