Sequnda Divizión (isp. Segunda División) — İspaniyada La Liqadan sonra ikinci peşəkar futbol liqasıdır. Bu liqanı ilk 3 sırada bitirən komandalar La Liqaya qalxır, La Liqanı son 3 yerdə bitirən komandalar isə Sequnda Divisióna düşür. 1929-cu ildə yaradılmış bu liqada hazırda 22 klub mübarizə aparır.

Klublar 2023-24 mövsümündə Liqada 22 komanda çıxış edib, o cümlədən 2022-23 - mövsümündən ilk 15 komanda, üçü La Liga 2022-23 - dən düşüb və dördü nümunə 2022-23 - dən yüksəlib. Elçe, Espanyol və Real Valyadolid FK La Ligadan düşüb, Amorebieta, Rasinq Ferrol birbaşa yüksəlib, Alkorkon və Eldens isə promo playoff qazanmışdılar.

Tarixi Bu çempionat 1929-cu ildə İspaniya Futbol Federasiyası tərəfindən yaradılıb. 1963-cü ildə bəri bu liqa LFP'yə məxsusdur. 16 avqust 2006 tarixində LFP ilə BBVA bankı arasında bağlanmış müqavilədən sonra Segunda División Liga BBVA olaraq adlandırıldı. 4 iyun 2008-ci ildə isə yeni sponsorla bağlanmış müqavilədən sonra liqa Liga Adelante adını alır. 2016-cı ildə La Liga 123, 2019-cu ildə La Liga Smartbank və 2023-cü ildə LaLiga Hypermotion adından istifadə etdi.

Xarici keçidlər The Rec.Sport.Soccer Statistics Foundation list of "Segunda División" Champions Rəsmi vebsəhifəsi Tables and Fixtures on aragon.ws Facebook səhifəsi Twitter səhifəsi Instagram səhifəsi