The Coca-Cola Company — dünyanın ən böyük şirkətlərindən biri. Əsas binası ABŞ-də yerləşən şirkət çoxlu sayda sərinləşdirici içki istehsal edir.
Tarixi "The Coca-Cola Company" şirkətinin əsası 1892-ci ildə ABŞ-də Asa Qriqqs Kandler tərəfindən qoyulmuşdur.İçkinin ixtirası isə, 19-cu əsrin sonlarında Jon Stit Pemberton tərəfindən edilmişdir. "Coca Cola" əvvəlcə əczaxanalarda dərman kimi satılmışdır. Sonralar tərkibindəki bəzi maddələr dəyişdirilmiş və o içki olaraq məşhurlaşmışdır. İçkinin tərkibində yeddi gizli maddə var. Bunların hansı maddələr olduğunu dünyada yalnız iki adam bilir. Maddələrin adları kağız üzərinə yazılıb və bu kağız banklardan birinin xəzinəsində mühafizə edilir.
İstinadlar
Xarici keçidlər Rusiya rəsmi saytı Rəsmi sayt
Kateqoriya:ABŞ şirkətləri Kateqoriya:Qida şirkətləri Kateqoriya:1886-cı ildə yarananlar Kateqoriya:Nyu-York Fond Birjasında siyahıya alınmış şirkətlər Kateqoriya:Baş qərargahı ABŞ-də yerləşən transmilli korporasiyalar