Sadıq Əhmədov-Vəkilov () — Azərbaycan teatr və kino aktyoru.

Həyatı Sadıq Əhmədov 5 fevral 1960-cı ildə anadan olmuşdur. Əslən məşhur Vəkilovlar nəslindəndir. 1978–1982-ci illərdə İncəsənət İnstitutunda görkəmli sənətkar Mehdi Məmmədovun kursunda təhsil almışdır. Hərbi xidmətdən sonra — 1984-cü ildə Rus Dram Teatrında, sonra isə "APOPOS" Teatrında, 2000–2012-ci illərdə isə, Rüstəm İbrahimbəyovun İbrus Teatrında aktyor kimi fəaliyyət göstərmişdir. İbrus Teatrında "Şirəbənzər", "Arabir görüşməyə kişi axtarıram" və s. tamaşalarda maraqlı obrazlar yaratmışdır.

62 yaşlı aktyor 18 dekabr 2022-ci ildə Bakıda yaşadığı evdə ölü tapılıb. Tanınmış aktyorun iki gün öncə vəfat etdiyi məlum olub.

Filmoqrafiya Dronqo (serial, 2002) Əlvida, cənub şəhəri (film, 2006) Məhkumlar (film, 2006) Cavid ömrü (film, 2007) Qafqaz (film, 2007) Səhərə inan... (film, 2011) Dolu (film, 2012) Hakim (ORT, Rusiya)

İstinadlar

Xarici keçidlər Sadıq Əhmədov: "Rüstəm İbrahimbəyov mənə 50 dollar maaş verirdi"

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Vəkilovlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları