Yusif xan (?-1625) — Şirvan bəylərbəyi, şair.
Həyatı Yusif xan qulam qvardiyasından çıxan sahibmənsəblərdən idi. Qızılbaş olmasa da, Səfəvi sərkərdəsi təyin olunmuşdu. I Şah Abbas Səfəvinin hakimiyyəti dönəmində quşçu, mirşikar (ovçubaşı) vəzifələrinə təyin edilmişdi.
Yusif xan şahın nəzərində ucalmış, 1604-cü ildə Astrabad valisi, 1611-ci ildə Şirvan bəylərbəyi təyin edilmişdi.
Yusif xan 1625-ci ildə gürcü Mirav (Georgi Saakadze) tərəfindən Qaraçaqay xanla bərabər öldürüldü.
Yusif xan şair idi. Azərbaycan və fars dillərində incə təbli şeirlər yazırdı. O, Şirvanda yaşayarkən sarayına bir çox şairlər cəlb etmişdi. Müşairələr təşkil edirdi. Özü vəziri Molla Həsən, Niyazi Ərəqi, Ərəşli Kəsbi və başqaları ilə deyişmişdi.
Yaradıcılığı
Şirvandan əgər nifrət edib olsan dur, Məzuri-sənin ey mərdi-məanəd məzur. Şirvan dediyin mətlə xurşidi-dirəd, Xurşid şüaində olur şəbpərəx kur.
Mənbə Ənvər Çingizoğlu, Qulam qvardiyasından seçkinlər, "Soy" dərgisi, 3 (35), 2010.
Həmçinin bax Şirvan bəylərbəyliyi I Şah Abbas Səfəvi
İstinadlar
Kateqoriya:Hərbi liderlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:XVII əsr şairləri Kateqoriya:Fars dilində yazan Azərbaycan şairləri Kateqoriya:Səfəvi sərkərdələri Kateqoriya:Qulamlar Kateqoriya:Səfəvi bəylərbəyləri Kateqoriya:Şirvan bəylərbəyiləri