I Oskar yaxud tam adı ilə Jozef Fransua Oskar Bernadot () — 4 iyul 1799–cu ildə doğulmuş, 8 iyul 1859-cu ildə vəfat etmiş və 1844-cü ildən ölənəcən İsveç-Norveç kralı olmuşdur.
Adı Oskarın adının Skandinaviyada ilk olması, onun xaç atası Napoleon Bonapart'ın şotland şairi Ceyms Makfersonu çox bəyənməsi və əsərlərindəki irland adı olan Oskar'ı çox işlətməsindən qaynaqlanır. O özü isə Skandinaviyada yox, Parisdə doğulmuşdu. Onun anası Dezire Klari Napoleon Bonapartın bir zamanlar nişanlısı olmuşdu. Jozef adı Napoleonun qardaşı Jozef Bonapartdan götürülmüşdür. left|thumb|Şahzadə Oskar uşaqlıqda
Gəncliyi Təhsilinə 1807-ci ildə başlamışdır. Onlar atasının İsveç kralı olmasından sonra İsveçə köçmüşdülər. O, 1812-ci ildə İsveç və Norveç dilini sürətlə öyrənməyə başladı və tezliklə atası üçün tərcüməçi kimi işləməyə başladı. Bundan əlavə alman dili, kimya və din barədə də məlumatlandırılması üçün fərqli müəllimlər tutulmuşdu. 1815-ci ildə musiqi təhsilinə başladı. XIII Karlın dəfn mərasimində bəstələdiyi elegiyanı ifa etmişdi. Bu hadisədən sonra Bethoven ona müəllimlik təklif etmişdir.Vogel-Rödin, Gösta, red (1991). Bernadotter i politik och kulturliv. Lidköping: Läckö institutet. Sid. 116. Libris 7794977. ISBN 91-971685-0-5 26 sentyabr 1810-cu ildə Södermanland hersoqu oldu.
Vəliəhd kimi 1812-ci ildə leytenant kimi hərbi xidmətə başlayan Oskar, 1817-ci ildə general mayor oldu. Atasının kral olduğu dövrlərdə Skone general-qubernatoru idi. 17 yanvar 1816-cı ildə İsveç Elmlər Akademiyasının fəxri üzvü idi. 1 fevral 1824-cü ildə Norveç canişinliyinə təyin olunmuşdu. 1830-cu ildə I Nikolayı ziyarət etmək üçün Sankt Peterburqa getmişdi. 1837-ci ilin yayını əsasən Almaniyada keçirmişdi.
Hakimiyyəti Atasının ölümündən sonra Oskar, 8 mart 1844-cü ildə taxta çıxdı. Rəsmi tacqoyma mərasimi 28 sentyabr 1844-cü ildə baş verdi. O hakimiyyətə gələn kimi reformlar edərək mətbuat azadlığını qorudu. Bütün nazirlik postlarına şəxsləri özü təyin etmişdi. Dostu yox idi. 1845-ci ildə vərəsəlik hüququ barədə qanun qəbul edərək bacı və qardaşların əgər vəsiyyət yoxsa atalarının mirasını bərabər bölüşmək hüququnun olduğunu elan etdi. Onun dövründə bayraq və gerb dəyişərək İsveç-Norveç vahid bayrağı qəbul olundu. O həmçinin Müqəddəs Olaf cəngavər ordenini yaratdı. Xarici siyasətdə əsasən Skandinavist baxışı ilə seçilən Oskar Danimarkanın maraqlarını digər ölkələrə nisbətən daha çox müdafiə edirdi. 1848-ci ildə Birinci Şlezviq Müharibəsində Almanlara qarşı Danimarkanı müdafiə etmişdi. 1850-ci illərdə oğlu Karlı Norveç canişinliyinə təyin etmişdi.
Son illəri Əsasən xəstəlikli həyat keçirən Oskar tifusa yoluxmuşdu. 1853-cü ildə sağaldığı düşünülsə də 1857-ci ildə beyin xərçənginə tutuldu. 1859-cu ildə vəfat etdi. left|thumb|Şahzadə Qustav və kral Oskar, 1852, Almaniya
Ailəsi 19 iyun 1823-cü ildə Stokholmda Yozefina Leuxtenberq ilə evlənmişdir.
Övladları: Karl Qustav Oskar Yevgeniya Avqusta Avqust
Qeyri qanuni övladları:
Emili Höqkvist ilə: Hyalmar Höqkvist (1839–74) Maks Höqkvist (1840–72)
Jaket Lövenhyelm ilə: Oskara Hilder (1817-1880)
Gerbləri frameless Vəliəhd, Södermanland hersoqu, 1818-1826frameless Vəliəhd, Södermanland hersoqu, 1826-1844frameless|222x222px Krallıq gerbiframeless|127x127px Krallıq
monoqramı
İstinadlar
Kateqoriya:İsveçlilər Kateqoriya:İsveç kralları Kateqoriya:Bernadotlar Kateqoriya:Norveç kralları Kateqoriya:Sankt-Peterburq Elmlər Akademiyasının fəxri üzvləri Kateqoriya:İsveç bəstəkarları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:XIX əsr Fransa şəxsləri Kateqoriya:İsveç şahzadələri Kateqoriya:Masonlar Kateqoriya:Norveç bəstəkarları