2012 Türkiyə Superkuboku — 2011-12 sezonu Super Liqa çempionu Qalatasaray ilə Türkiyə Kuboku qalibi Fənərbaxça arasında keçirilən Super Kubok qarşılaşmasıdır. Finalın təşkil ediləcəyi şəhər Ərzurum olaraq təyin olunmuşdur. Qarşılaşma 12 avqust 2012-ci il bazar günü tarixində Kazım Karabəkir Stadionunda keçirilmişdir. Final oyununda Qalatasaray Fənərbaxçanı 3-2 hesabı ilə məğlub edərək kuboka sahib çıxmışdır.

Super Kubok 2012-də Türkiyənin bir-biriylə ən çox matç keçirən 2 komandası arasında adı 2006-ci ildə dəyişdirildikdən sonra keçirdiyi ilk matçı olmuşdur. Kubok mübarizəsi ilk dəfə İstanbul xaricinə çıxarkən əlavə hakim tətbiqidə ilk dəfə olaraq bu matçda edildi. Onuda qeyd edək ki, bu derbi 372-ci dəfə üz-üzə gəlmişlər.

Oyundan əvvəl Oyunun biletləri Oyunun biletləri qarşılaşmadan 3 gün əvvəl satışa çıxarıldı. Bir qala arxasına Fənərbaxça tərəfdarı yerləşdirilərkən, digər qala arxasına isə Qalatasaray tərəfdarları yerləşdirildi. Oturma planı iki komandanın tərəfdarların bir-birinə çata bilməyəcəyi şəkildə nizamlandı.

Oyunun hakimləri Qarşılaşmanı hakim Cüneyt Çakır idarə etmişdir. Çakır'ın yardımçıları Bahattin Duran ve Tarık Ongun, dördüncü hakim isə Süleyman Abay seçilmişdir.

Matç barədə Bu 2 komanda 2011-12 sezonunda 4 dəfə üz-üzə gəlmişlərki bunların 1-ində Qalatasaray, digərində Fənərbaxça qalib gəlmişdir. Digər 2 oyun isə heç-heçə başa çatmışdır. Sezonun ardından Qalatasaray Super Liqa, Fənərbaxça isə Türkiyə Kubokunun sahibi oldu. Ona görə də bu komandalar yenidən üz-üzə gəldilər.

Fənərbaxçada Sərdar Kesimal və Gökhan Gönül zədələri səbəbiylə oyunda yer almadı. Qalatasarayda isə Felipe Melo komandaya gec qatılması, Tomas Uyfaluji və yeni transfer Burak Yılmaz kart cəzaları səbəbiylə oyunda yer ala bilmədi.

Matçın adamı Qalatasarayın Fənərbaxçanı 3-2 hesabı ilə məğlub etdiyi Super Kubok matçında oyunun 2 qoluna imza atan Umid Bulut mətbuat nümayəndələrinin səsverməsiylə kubokun ən qiymətli oyunçusu seçildi və mükafatını aldı.

Oyunun detalları

Qalatasaray: GK 25 Fernando MusleraDF 27 Emmanuel Eboué DF 26 Semih Kaya DF 13 Dany Nounkeu DF 22 Hakan Balta 12px|KapitanMF 8 Selçuk İnan MF 50 Engin Baytar MF 52 Əmrə Çolak MF 4 Həmid Altıntop FW 19 Umid Bulut FW 9 Yohan Elmander Ehtiyat oyunçular:GK 86 Ufuk Ceylan DF 5 Gökhan ZanMF 11 Albert Riera MF 35 Yekta KurtuluşMF 53 Nordin Amrabat MF7 Aydın Yılmaz FW 77 Necati Ateş Məşqçi: Fatih TerimMatçın adamı: Umid Bulut (Qalatasaray)Fənərbaxça: GK 1 Volkan Dəmirəl DF 3 Hasan Ali Kaldırım DF 2 Egemen KorkmazDF 4 Bekir İrtegün DF 6 Orhan Şam MF 5 Mehmet Topal MF 16 Cristian BaroniMF 38 Mehmet Topuz MF 10 Alex de Souza 12px|Kaptan MF 88 Caner Erkin FW 11 Dirk Kuyt Ehtiyat oyunçular:GK 34 Mert Günok MF 17 Recep Niyaz MF 9 Miroslav StochMF 27 Miloş Krasiç MF 21 Selçuk ŞahinFW 23 Semih ŞəntürkFW 7 Moussa Sow Məşqçi: Aykut Kocaman

2012 TFF Super KubokÇempionuQalatasaray12-ci ÇEMPİONLUQ

İstinadlar

Həmçinin bax Super Liqa 2011–12 Türkiyə Kuboku 2011–12

Kateqoriya:Türkiyə Super Kuboku