Ayşad Məmmədov (tam adı: Ayşad Kamal oğlu Məmmədov; ) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2000).Qabiloğlu E. "Biz öz aktyor taleyimizi yaşamalıyıq": Ayşad Məmmədov: "Müasirləşdirməyə meyil Azərbaycan teatr sənətində həmişə olub" [Əməkdar artist] //Xalq cəbhəsi.- 2008.- 1 may.- S. 14.
Həyatı Ayşad Kamal oğlu Məmmədov 6 dekabr 1954-cü ildə Mərdəkanda anadan olub. İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində (1978–1982) təhsil alaraq, Nəsir Sadıqzadə və Vaqif Abbasov kimi sənətkarlardan sənətin sirlərini öyrənmişdir. Şəki Teatrında (1982–1989) çalışıb. 1989-cu ildən etibarən Gənclər Teatrında aktyor kimi fəaliyyət göstərib. 2011-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışır.
Akademik Milli Dram Teatrındakı fəaliyyəti Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı Romeo, Malkolm, Pek, Laert (V. Şekspir "Romeo və Cülyetta", "Maqbet", "Yay gecəsində yuxu", "Hamlet"), Müsyö Jordan (M. F. Axundov "Müsyö Jordan və dərviş Məstəli şah"), Aydın (C. Cabbarlı "Aydın"), İsgəndər (C. Məmmədquluzadə "Ölülər"), Təlxək (M. F. Axudov "Ox və hədəf"), Kral (Q. Qorin "Aktyor və kral"), Padşah (Anar "Yaxşı padşahın nağılı"), cəllad ("Generalın son əmri", Vaqif Səmədoğlu), Ocaqqulu ("Almaz", Cəfər Cabbarlı), Toğrul ("Qətibə İnanc", Məmməd Səid Ordubadi), kişi ("Bir, iki, bizimki", Kamal Abdulla), Belekurov ("Yaşar", Cəfər Cabbarlı) kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
Mükafatları Əməkdar artist (2000), prezident mükafatçısıdır. 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə, 9 may 2024-cü ildə, 8 may 2025-ci ildə və 7 may 2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülmüşdür. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 7 avqust 2017-ci ildə Varnada keçirilən Beynəlxalq Monotamaşalar Festivalında "İuda" tamaşasındakı İuda roluna görə mükafat və diploma layiq görülüb.
Filmoqrafiya Ailə (film) — qaçqının tanışı Altı nömrəli palata (film, 1994) Bəxt üzüyü (film, 1991) Güllələnmə təxirə salınır!... (film, 2002) Bir anın həqiqəti (film, 2003) Həsrətli gözlərin rəsmi (film, 2003) Oyun (film, 2003) Yanmış körpülər (film, 2007) "Moskva-Bakı" qatarı (film, 2005) Yalan (film, 2005) Məhkumlar (film, 2006) Sirat körpüsü (film, 2007) Günaydın, mələyim! (film, 2008) Evləri göydələn yar (film, 2010) İstanbul reysi (film, 2010) Qayınana (film, 2011) Qağayı (teleserial, 2012) Sübhün səfiri (film, 2012) Tək olanda qorxma... (teleserial, 2013) Çaqqal nəfəsi (teleserial, 2013) Qanun naminə (teleserial, 2013) Xeyirlə şərin rəqsi (film, 2015) Əbədi ezamiyyət (film, 2016) Postskriptum (film, 2016) Cehizsiz gəlinlər (teleserial, 2016) Pərdə (film, 2016) Don Marleone (film, 2017) İmtahan (teleserial, 2017) — Zeynal Ata ocağı (teleserial, 2017) — Nəsimi Sənin sevdiyin musiqi (film, 2019) — Arif Sən demə (film, 2020) Məryəm (film, 2022) Mən burdayam, İlahi!
İstinadlar
Xarici keçidlər "Şəxsi əşyalar" verilişinin qonağı əməkdar artist Ayşad Məmmədovdur — Vasif Ayanın müəllif layihəsi, YouTube
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları