Katerina Elizabet (Keyt) Uinslet (; ) — ingilis aktrisası, Oskar, Britaniya Akademiya Film mükafatı, BAFTA, Qremmi mükafatı, Qızıl Qlobus mükafatı laureatı.

22 yaşında 2 Oskar mükafatı namizədliyi əldə edə bilmə müvəffəqiyyətini göstərən, ən gənc aktrisa rekordunu qıran Uinslet, Oskar mükafatlarına üç, dörd, beş və altı dəfə namizəd göstərilən ən gənc aktrisa olmağı da bacarmışdır. Karyerası boyu müxtəlif rollarda tamaşaçı qarşısına çıxsa da, Titanik filmindəki Rose De Witt Bukater rolu aktrisanı daha çox insan kütləsinə tanıtmışdır. 2011-ci ildə Mildred Pirs mini-serialında iştirak etmişdir.

Həyatı Keyt Uinslet 5 oktyabr 1975-ci ildə İngiltərədə dünyaya göz açmışdır. 11 yaşında olarkən İngiltərədə bir teatr məktəbində dram dərsi alan Uinsletin atası Rocer Uinslet və anası Seli Uinslet də aktyorluq sənəti ilə məşğul idilər. Keyt Uinslet ilk dəfə televiziyada 11 yaşında reklam çarxlarının birində görünüb.

Səhnə Sənətlərı Məzunu Keyt, ilk ailə həyatını Haydius Kinki adlı filmdə tanışdığı rejissor köməkçisi Cim Sreapleton ilə qurmuş və Miya adını qoyduqları bir qızları olmuşdur. 2001-ci ildə həyat yoldaşı Cim ilə ayrıldıqdan sonra Sem Mendes ilə evlənərək, Coe adında bir oğlan uşağı dünyaya gətirmişdir.

Yaradıcılığı Aktyorluğa ilk addımını 11 yaşında, bir TV reklamıyla atan Uinslet, daha sonra 1990-cı illərin əvvəllərində müxtəlif TV seriallarında aktyorluq təcrübəsini artırmağa davam etdirmişdir. Ən yaxşı kinolarda yer alan Uinslet günümüzə qədər yaradıcılığını davam etdirməkdədir. 1994-cü ildə ağ pərdədə Piter Cekson un "Səmavi canlılar" filmi ilə məşhurluq qazanmışdır. 1995-ci ildə rol aldığı "Hiss və Həssaslıq" filmindəki performansına görə "Akademiya mükafatın" namizəd olmuş və izləyici kütləsi daha da artmışdır. Keyt Uinsletə dünya miqyaslı məşhurluq gətirən rolu isə " Titanik " filmindəki Roza obrazı oldu. Bu film Uinsletin yaradıcılığının ən müvəffəqiyyətli işi hesab olunur. "Titanik" filmindən sonra aktrisa daha çox müstəqil və az büdcəli filmlərdə çıxış etməyə başladı. Hətta 1998–99-cu illərdə "Anna və Kral", "Aşiq Şekspir" kimi filmlərin baş rol təkliflərini də rədd edən aktrisa eyni il "Müqəddəs duman və qəribə " adlı aşağı büdcəli filmlərdə rol aldı. Keyt Uinslet daha çox tarixi filmlərdə canlandırdığı obrazlarla yadda qalmış, 2000-ci illərin əvvəllərində Quills, Eniqma və Ayriş Murdok obrazı ilə 3-cü dəfə Akademiya mükafatına namizəd olmuşdur. 2004-cü ildə Keyt, Conni Depp ilə birgə "Xəyallar ölkəsini tapmaq" adlı filmdə qarşımıza çıxmışdır. Baş rollarını Cim Kerri ilə bölüşdüyü "Ləkəsiz ağlın sonsuz günəşi" filmindəki performansı ilə aktrisa 4-cü dəfə Oskara namizəd göstərildi. 2008-ci il istehsalı "Oxuyucu" filmində canlandırdığı Hanna Şmitz rolu ilə "Ən Yaxşı Köməkçi Qadın Aktrisa", İnqilabi yol filmindəki Epril Viler rolu ilə "Ən Yaxşı Qadın Aktrisa" Qızıl Kürə mükafatlarını almışdır. Nəhayət "Oxuyucu" filmindəki Hanna Şmitz obrazı ilə "Ən Yaxşı Qadın Aktrisa" kateqoriyasında Oskar mükafatına layiq görülmüşdür.

Mükafatları Oskar Ən yaxşı Qadın Aktrisa Ən yaxşı Köməkçi Qadın Aktrisa Qızıl Qlobus (5 dəfə) Qremmi mükafatı

Ümumilikdə 37 mükafatı və 58 mükafat namizədliyi var.

Filmoqrafiyası İlFilmin adı Filmin orijinal adı Rol 1991Qara FəsillərDark Seasons Reet 1992QaytarGet Back Eleanor Sweet 1994Səmavi CanlılarHeavenly creatures Juliet Hulme 1995Kral Arturun məhkəməsində bir uşaqA Kid in King Arthur's Court Şahzadə SaraEşq və HəyatAşk ve Yaşam Marianne Dashwood 1996JudJude Sue BrideheadHamletHamlet Ophelia 1997TitanikTitanik Rose DeWitt Bukater 1998Qəribə KinkiHideous Kinky Julia 1999PərilərFaeries BrigidMüqəddəs DumanHolly Smoke Ruth Barron 2000LələklərQuills Madeleine 'Maddy' LeClerc 2001EniqmaEnigma Hester WallaceChristmas Carol: The Movie BelleAyrisIris Iris Murdoch 2003Devid Geylin həyatıThe Life of David Gale Bitsey Bloom 2004Ləkəsiz ağlın sonsuz günəşiEternal sunshine of spotless mind Clementine KruczynskiXəyallar ölkəsini tapmaqFinding Neverland Sylvia Llewelyn Davies 2005Romantizm və siqaretlərRomance & Cigarettes Tula 2006Kralın bütün adamlarıAll the King's Men Anne StantonBalaca uşaqlarLittle Children Sarah PierceFlushed Away RitaTətilThe Holiday Iris SimpkinsDərin dənizDeep Sea 3D Səsləndirən 2008Tülkü və uşaqThe Fox and the Child SəsləndirənOxuyucuThe Reader Hanna Schmitz April Wheeler 2010Məni sənə gətirənWhich Brings Me to YouJane2010QırğınCarnageNancy Cowan 2011YoluxmaContagion Dr. Erin Mears2011Mildred PirsMildred PierceMildred Pierce2013Film 43Movie 43Beth2013İşçi bayramıLabor DayAdele Wheeler2014MatildaMatilda2014FərqliDivirgentJeanine Matthews2014Kiçik xaosA Little ChaosSabine De Barra2015Qızıl Delfin əfsanəsiNAYA: Legend of the Golden DolphinNarrator2015QaydasızInsurgentJeanine Matthews2015Steve JobsSteve JobsJoanna Hoffman2015DərziThe DressmakerMyrtle "Tilly" Dunnage2016Üçqat 9Triple 92017 Aramızdakı dağlarThe Mountain Between UsAlex Martin

İstinadlar

Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:XXI əsr İngiltərə aktrisaları Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:Sezar mükafatı laureatları Kateqoriya:Britaniya televiziya aktrisaları Kateqoriya:Ən yaxşı qadın roluna görə Oskar mükafatı qalibləri Kateqoriya:Birləşmiş Krallıq teatr aktrisaları Kateqoriya:"Britaniya imperiyası" ordeni komandorları Kateqoriya:İngiltərə teatr aktrisaları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:İngilis anqlikanlar