Dağ Arıxlı () — Gürcüstan Respublikasının Kvemo-Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə İpnari kənd inzibati-ərazi dairəsinə daxildir.
Coğrafiyası Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 12 km şimal-qərbdə, Lükün-Şindi dağının qərb ətəklərində yerləşir.Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 30
Tarixi "Dağ Arıxlı" toponiminin Qıpçaq mənşəli Arıq tayfasının adından yarandığı ehtimal edilir. Tarixi qaynaqlarda kəndin adına "Məryəmli" şəklində də rast gəlinir.
Əhalisi Kənddə 1886-cı ildə 18 ailədə 137 nəfər, 1926-cı ildə 41 ailədə 290 nəfər azərbaycanlı yaşayırdı.
17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 711 nəfər (354 nəfəri kişilər, 357 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir.National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia . ECMI Working Paper #23. February, 2005
1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 762 nəfər əhali yaşayır.დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი
Təhsil Kənddə ilk dünyəvi məktəb 1926-cı ildə yaradılıb. Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və məktəbdə 97 şagird təhsil almaqdadır.
İstinadlar
Kateqoriya:Borçalı kəndləri Kateqoriya:Dmanisi bələdiyyəsinin yaşayış məntəqələri Kateqoriya:Gürcüstanda yaşayan etnik qruplar