Hamamlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Hamamlı kənd inzibati-ərazi dairəsinin mərkəzidir.

Coğrafiyası Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 9 km cənubda, Qarabulaq çayının sol sahilində yerləşir.Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədli. Gürcüstan Azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006-cı il, səh. 32 Tarixi Kəndin cənubunda 1 km aralıda XII əsrdən qalma, girişi cənubdan olan kilsə və kiçik məzarlıq aşkarlanmışdır. Əhalisi Kənddə 1728-cı ildə 16 ailə, 1870-ci ildə 47 ailədə 409 nəfər, 1926-cı ildə 127 ailədə 858 nəfər azərbaycanlı yaşayırdı.

17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 1.596 nəfər (769 nəfəri kişilər, 827 nəfəri qadınlar) əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir.National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia . ECMI Working Paper #23. February, 2005

1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 1.579 nəfər əhali yaşayır.დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი

Tanınmış şəxsiyyətləri Aşıq Sona Hamamlı (Sona Qara qızı Əliyeva) (1918-1988) — aşıq Kamandar Məcidov — Yunan-Roma güləşi üzrə 1988 Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Knyaz Aslan — publisist, şair.

Təhsil Kənddə ilk dünyəvi məktəb 1922-ci ildə yaradılmışdır. Hazırda kənddə bir orta məktəb fəaliyyət göstərir. Və burada 249 şagird təhsil alır.

İstinadlar

Kateqoriya:Borçalı kəndləri Kateqoriya:Dmanisi bələdiyyəsinin yaşayış məntəqələri