Suada Ələkbərova () — 2012-ci ildə Azərbaycanı Uşaq Avroviziya Mahnı Müsabiqəsində təmsil edən iştirakçı.
Həyatı Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq studiyasının yetirməsidir. Bir neçə ildir ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq studiyasında müəllim Nigar Axundova-Kərimovanın rəhbərliyi ilə vokal-oxuma məşğələlərində iştirak edir. Studiyanın direktoru Əminə Musayeva bildirib ki, studiya üzvlərinin bu uğuru təsadüfi deyil: "Çünki onlar bu yarışmaya çox ciddi hazırlaşmışdılar. Mən sevinirəm ki, son mərhələyə vəsiqə qazanan 5 uşaqdan 3-ü bizim studiyanın yetirməsi oldu. Suada isə finalçı kimi Amsterdamda keçiriləcək yarışmada ölkəmizi təmsil etmək hüququ qazandı"."Junior Eurovision-2012"də Azərbaycan təmsilçilərindən biri Musiqili Komediya Teatrının Yaradıcılıq Studiyasının yetirməsidir
Həmçinin bax
İstinadlar
Kateqoriya:Azərbaycan Avroviziya Uşaq Mahnı Müsabiqəsində Kateqoriya:Bakıda doğulanlar