"Ölüm və qız" () — rejissor Roman Polanskinin filmi.
Məzmun
Paulina Eskobar evdar qadındır və əri ilə Cənubi Amerika ölkələrinin birində yaşayır. Onun əri Herardo Eskobar tanınmış vəkil, siyasətçi və insan hüquqları üzrə komitənin sədridir. Bir dəfə gecə qasırğası zamanı Herardo avtomobil qəzasına düşür. Onu evə qonşusu Roberto Miranda gətirir.
Paulina bu qonşu-cinayətkarı tanıyır. O, faşist rejimi vaxtı Paulinaya gənc müxalifətçi qız olarkən işgəncə vermiş, onu döymüş və zorlamışdı. Artıq həmin rejimin devrilməyindən 5 il keçib. Baş vermiş hadisələr isə daha əvvəl olub. Lakin Paulina heç nəyi unutmayıb və ona verilmiş əzabların əvəzində intiqam almaq istəyir.
Roberto Mirandanın avtomobilini qaçırıb qayalıqdan aşağı atan Paulina evə qayıdır. O, artıq uzanıb yatmış Mirandaya tapança ilə zərbə endirib onu huşsuz vəziyyətə gətirir. Sonra əl-qolunu bağlayıb həmin hadisəni boynuna almağı tələb edir. Herardo Eskobar Mirandanı azad etməyə cəhd etsə də, Paulina bunun qarşısını alır.
Paulina Roberto Mirandanı sorğu-sual edir. Özününsə hər şey yadındadır. Ona təcavüz olunan vaxt klassik musiqi ifa olunurdu. O, təcavüzkarın üzünü görə bilməmişdi. Çünki gözlərini bağlamışdılar. Lakin Paulina öz zülmkarının səsini, bütün sözlərini, hətta iyini də xatırlayır. Bunlar hamısı Roberto Mirandaya çox bənzəyir. Lakin o, hər şeyi inkar edir və həmin vaxt İspaniya klinikasında işlədiyini deyir. Paulina inanmır və olanları etiraf etməsə, onu öldürəcəyi ilə hədələyir. Herardo Eskobar Mirandaya təklif edir ki, Paulinanın ondan əl çəkməsi üçün videokamera qarşısında yalançı etiraf eləsin. Buna baxmayaraq, Paulina bu yalanın da üstünü açır. Nəhayət, Paulina Mirandanı qayalıqdan itələməyə çox yaxın olduqda o, hər şeyi boynuna alır.
Filmin əvvəli və sonu eynidir: Paulina və Herardo konsert zalında əyləşib diqqətlə Şubertin "Ölüm və qız" klassik kvartetinə qulaq asırlar.
Film haqqında
Film Ariel Dorfmanın pyesi əsasında çəkilmişdir. Filmdə Frans Şubertin "Ölüm və qız" əsəri səslənir.
Filmin heyəti
Film üzərində işləyənlər
Əsərin müəllifi : Ariel Dorfman Ssenari müəllifləri : Rafael İqlesias, Ariel Dorfman Rejissor : Roman Polanski Operator : Tonino Delli Kolli Bəstəkar : Voysex Kilar Prodüserlər : Tom Maunt, Coş Kreymer Musiqisindən istifadə edilmiş bəstəkar : Frans Şubert
Rollarda
Siqurni Uiver – Paulina Eskobar Ben Kinqsli – Roberto Miranda Stüart Vilson – Herardo Eskobar Kristia Mova – Mirandanın arvadı Conatan Veqa – Mirandanın oğlu Rodolfe Veqa – Mirandanın oğlu Cilberto Kortes – simli kvartet ifaçısı Xorxe Kruz – simli kvartet ifaçısı Karlos Moreno – simli kvartet ifaçısı Eduardo Valensuela – simli kvartet ifaçısı Serxio Orteqa Alvarado – simli kvartetin impresariosu
İstinadlar
Xarici keçidlər
Filmin musiqisi sayt YouTube
Kateqoriya:ABŞ filmləri Kateqoriya:Böyük Britaniya filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Triller filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Roman Polanskinin filmləri Kateqoriya:1994-cü ilin filmləri Kateqoriya:ABŞ-nin zorlama və qisas haqqında filmləri Kateqoriya:1994-cü ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin müəmma dram filmləri Kateqoriya:Pyeslərə əsaslanan ABŞ filmləri Kateqoriya:İngilis dilində müəmma dram filmləri Kateqoriya:İngiliscə Fransa filmləri Kateqoriya:Birləşmiş Krallığın triller filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Fransanın triller filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:1990-cı illərin triller filmləri Kateqoriya:1990-cı illərin dram filmləri Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:İngiliscə triller filmləri Kateqoriya:Cənubi Amerika haqqında filmlər Kateqoriya:Fransanın dram filmləri