Nöqtəvilik — Sufi təriqəti.
Ümumi məlumat XVI əsrdə Azərbaycanda nöqtəvilik (nöqtəviyyə) yayılmışdı. Azərbaycanda onun nümayəndələri Budaq bəy Din oğlu Ustaclı, həkim Süleyman Səvaci və başqaları olmuşlar. Bəzi tədqiqatçılara görə nöqtəvilik hürufilikin qoludur. Təlimin banisi Fəzlullah Nəiminin ən yaxın şagirdlərindən və ardıcıllarından biri, sonralar baxışları ustadının baxışlarından fərqlənən Mahmud Pasixani idi.
Bu təlim də dünyanı (aləmi) əzəli olaraq mövcud sayır, dünyada olan bütün varlıqları sonda nöqtəyə çevrilən birlikdə (vəhdətdə) görürdü. Bu nöqtə də öz növbəsində yerlə eyniləşdirilir.
Nöqtəvilik təlimində Mehdinin – insanları dünyanın şərindən və zorakılıqdan qurtaracaq xilaskarın gələcəyinə inam böyük yer tutur; insan ilahiləşdirilir, ona öz taleyini və dünyanın taleyini həll etmək qabiliyyəti aid edilir. Təlimin tərəfdarları da bütün başqa dinləri təkzib etdikləri kimi, islam dinini də təkzib edirdilər.
Həmçinin bax
Nəsimi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Şiə məzhəbləri Kateqoriya:İslam tarixi Kateqoriya:Sufi təriqətləri