Həyatı

Aşıq Musa Aşıq Ələsgərin qardaşı Məşədi Salehin kiçik oğludur.

O, 1909-cu ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Gənc yaşlarından aşıq sənətinə maraq göstərən Musa Ələsgər ocağının yetirmələrindən biri olmuşdur.

Bir çoxları, o cümlədən Aşıq Hüseyn Cavan saz sənətinin incəliklərini Aşıq Musadan öyrənmişdir.

Aşıq Musa saz havalarının ən mahir ifaçılarından biri olmusdur. Təəssüf ki, onun ifa etdiyi saz havalarından bircə nümunə vala və ya lentə yazılmamışdır.

Aşıq Musa 1948-ci ildə avtomobil qəzası zamanı həlak olmuşdur.

Qəbri Ağkilsə kəndinin şərqindəki qəbrstanlıqdadır.

Həmçinin bax "Ələsgər ocağı" kitabı

İstinadlar

Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Göyçə aşıqları Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Göyçə şairləri Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Göyçədə vəfat edənlər Kateqoriya:Yol-nəqliyyat hadisəsində ölənlər